Qarın bölgəsindən kökələnlər, diqqət!

Qarın bölgəsindən kökələnlər, diqqət!
Dieta - Fitnes
10.09.2017 17
Bir çoxları yalnız qarın bölgəsinin kökəldiyini və pəhriz saxlasa belə, bu bölgədəki yağlardan xilas ola bilmədiyini deyir. 

Qadınlar.biz bu problemi nəzərə alaraq, qarın bölgəsindəki piylərdən narahat olanlar üçün möcüzəvi qidaları araşdırıb. 

1.Paxlalı bitkilər
Paxlalı bitkilərin tərkibində, demək olar ki, yağ yoxdur. Zülal, lif və
kalium anbarı olduqlarından insanı tox saxlayır. Həmçinin, həzm sistemi
üçün faydalıdır. 

2. Yaşıl çay və rozmarin
Bir insanın hər gün 2000 kaloriyə ehtiyacı olur. Ancaq çox vaxt bu həddi
aşaraq daha çox kalori alırıq. Həmin kalorilərin orqanizmdə toplanaraq
artıq çəkiyə səbəb olmaması üçün rozmarin və yaşıl çaydan faydalana
bilərsiniz. Gündə 2 stəkan rozmarin çayı gün ərzində 100 kalori
xərcləməyinizə səbəb olacaq. Eyni miqdarda yaşıl çay isə 150 kalori
yandırır. 

3. Yumurta
Yumurtanın ağı zülal baxımından zəngindir. Buna görə də, iştahanı kəsir,
tez-tez acmağın qarşısını alır. Sidik qovucu olduğu üçün şişkinliyi
azaldır. 

4. Zeytun yağı
Tərkibindəki omeqa-3 yağ turşuları kalorilərin xərclənməsinə kömək edir.
Gündə bir dəfə salatlara bir xörək qaşığı zeytun yağı tökərək qarın
bölgəsində toplanan piyləri yandıra bilərsiniz. 

5. Üzüm
Ürəyiniz şirniyyat istəyəndə kalori anbarı olan keks, tort kimi
alternativlərin əvəzinə üzüm yeyin. Çünki üzüm bədənin şirniyyata olan
tələbatını ödəsə də, tərkibindəki şəkər kökəlməyə səbəb olmur. 

6. Limon şirəsi
Qarın bölgəsindəki yağları əritməyin bir üsulu da limon şirəsindən
istifadə etməkdir. Bir stəkan suya, yarım limonunun şirəsini əlavə edib
için. 

7. Qarpız
Qarpızın 90 faizi sudur. Buna baxmayaraq, insanı tox saxlayır. Yay
aylarında öyünlərdə, sadəcə, qarpız yemək olar. Kalium baxımından zəngin
olan bu meyvə həzmə kömək edir. 

8. Banan
Banan digər meyvələrdən daha yüksək kaloriyə malik olsa da, pəhrizlərin
vazkeçilməzidir. Bunun səbəbi onunla eyni kaloridə olan digər qidalarla
nisbətdə insanı uzun müddət tox saxlamasıdır. Qəlyanaltı zamanı bir ədəd
banan yeyə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!