Alma sirkəsi ilə arıqlayın

Alma sirkəsi ilə arıqlayın
Dieta - Fitnes
10.09.2017 28
Alma sirkəsi alma şirəsinin qıcqırmış halıdır. Alma şirəsi qıcqırdığı zaman sirkə turşusu əmələ gəlir. Nəticədə tərkibi tam olaraq başqa bir məhlul alınır.



Alma sirkəsinin tərkibi A, B1, B2, B6, C, E vitaminləri və dəmir, kaliy, kalsiy, maqniy, mis, natriy, fosfor və xlor kimi lazımlı mikroelementlərlə zəngindir.  Həmçinin pektin kimi lazımlı maddə də bu məhlulun tərkibində vardır.



Hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan alma sirkəsinin orqanizm üçün faydaları saymaqla bitməz.



Alma sirkəsinin ən faydalı xüsusiyyətlərindən biri orqanizmin qəbul etdiyi karbohidrat və yağları parçalamasıdır.



- Maddələr mübadiləsini normallaşdırır.



- Sinir sisteminin normallaşması və sakitləşməsinə müsbət təsir edir.



- İltihab və qurd əleyhinə güclü vasitədir.



- Həzmi asanlaşdırır, iştahanı və şirniyyata meyli azaldır. Odur ki, artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlərin alma sirkəsindən istifadəsi məsləhət görülür. Bunun üçün səhərlər ac qarına 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi və eyni miqdarda bal töküb, qarışdırıb için.



- Saç üçün yaxşı vasitədir. Saçlar yuyulduqdan sonra alma sirkəsi əlavə edilmiş su ilə yaxalansa, kəpək azalar və saçlar parıldayar.



- 40 yaşdan sonra üz dərisinin rəngini yaxşılaşdırır. Müntəzəm istifadə olunduqda dərinin rəngi açılır və gümrah görünür.



- Alma sirkəsinin qəbulu yorğunluğu və gərginliyi aradan qaldırır. Yatmazdan əvvəl bir stəkan suya bir çay qaşığı alma sirkəsi töküb içilərsə, rahat yuxu gətirər.



- Sellulit olan problemli zonalara sirkə sürtmək məsləhət görülür. Sirkə dərini hamarlaşdırır, ona möhkəmlik verir və həcmi azaldır.



Qeyd: Alma sirkəsi qastrit xəstələri üçün qadağandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!