Aerobika

Aerobika
Dieta - Fitnes
10.09.2017 52
Aerobika” sözü "oksigenli” deməkdir. Aerobika məşqləri enerjini artırır, fiziki dözümlülüyü inkişaf etdirir və xəstəliklərin qarşısını alır.

 

Aerobika məşqləri zamanı ürək-damar sistemi bədənin fiziki yükünün artmasına reaksiya olaraq əzələlərin funksiyası üçün lazımlı olan oksigen qəbulunu artırır.. Ritmik məşqlər bədənin oksigen istəyini artıran geniş əzələlər üçündür.



Orqanizmə təsirləri

Aerobika bədənimizə müsbət təsir edir: piy toxuması kiçilir, düzgün çəki geri qayıdır, qan təzyiqi stabilləşir, qandakı xolestrolun miqdarı düşür. Gənc görünür və daha gümrah hiss edirik!



Məşqlərin növləri

Aerobika məşqləri qrupuna gəzinti, rəqs, step, üzgüçülük, velosiped sürmək və s. daxildir. Həm kişilər, həm də qadınlar bu tip fiziki fəaliyyətdən faydalana bilərlər.



Müntəzəm idmanın faydaları

Daimi idman (məs: gündə 30 dəq.) məşqin bütün faydalarını verir:

bədənin immunitetini artırır

əhvalı qaldırır, depressiyanın və qorxuların qarşısını alır

rahat yuxu bəxş edir

 piyləri azaltmağa və çəki üzərində nəzarətə kömək edir



Məşqlər

Başlanğıcda, məşqləri həftədə 3 dəfə etmək və getdikcə vaxtı və intensivliyi artırmaq yaxşıdır.



Aerobika məşqləri adətən, 3 hissədən ibarət olur:

İsinmə. Bədən ekstensiv cəhdlərə hazır olmalıdır; ürək döyünmələri və əzələ temperaturu artan kimi isinmə hərəkətlərini etmək məsləhətlidir. Bu halda, zədələnmə riski də az olur. Vaxt: 5-10 dəq.



Aerobika məşqləri (kardio). Bu qan dövranını və tənəffüs sisteminin effektivliyini gücləndimək üçün və piy toxumalarını azaltmaq üçün nəzərdə tutulub. Burada ən effektiv olanı, bədəndə oksigen dəyişikliyinə səbəb olan, yumşaq, amma uzun sürən, intensiv məşqdir. Təxminən 25-45 dəq. sürür.



Xüsusi əzələləri qüvvətləndirmək üçün məşqlər. Bu məşqlər spesifik əzələlər üçün nəzərdə tutulub və çəki daşları ilə edilir. Vaxt: 5-10 dəq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!