Arıqladan dərmanlar ürək üçün təhlükəlidir?

Arıqladan dərmanlar ürək üçün təhlükəlidir?
Dieta - Fitnes
10.09.2017 12
Hər kəs ideal çəkidə olmaq istəyir. Lakin bunun üçün pəhriz saxlayıb idmanla məşğul olan azdır. Odur ki, arıqlamaq üçün nəzərdə tutulan dərmanların satışı ildən-ilə çoxalır. Ancaq möcüzələr yaratdığı, qısa zamanda ideal formaya qovuşdurduğu iddia edilən bu dərmanlar çox vaxt vədləri yerinə yetirə bilmir. Kifayət qədər bahalı olan həmin dərmanların gözlənilən nəticəni vermədiyi bir yana qalsın, üstəlik, insan sağlamlığını da təhlükəyə atır.

 "New England Journal of Medicine”də yayımlanan araşdırmanın nəticələri arıqladan dərmanlara müraciət edən insanların ürək xəstəliklərinə yaxalandığını ortaya çıxarıb. Statistika göstərir ki, ABŞ-da hər il 20 min insan bu dərmanlar ucbatından təcili tibbi yardıma möhtac qalır. 2013-­2014-cü illərdə həkimə müraciət edən xəstələrdən 3667-də ürək problemlərinin xroniki hal aldığı müşahidə edilib. Belə ki, dərmandan daimi istifadə edənlərdə ürək döyüntüləri sürətlənir, sinədə ağrı hiss edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!