Cənub çimərliyi pəhrizi

Cənub çimərliyi pəhrizi
Dieta - Fitnes
10.09.2017 28
"South Beach” pəhrizi- bu artıq çəki ilə mübarizə aparmaq üçün ən asan və effektiv yoldur. Sağlam olmaq üçün qidalanmaya çox limit qoymaq, kalorini hesablamaq və ac qalmağa məcbur deyilsiniz *



Sağlam qidalanma proqramı

"Cənub çimərliyi” arıqlama pəhrizi yox, sağlam qidalanma proqramıdır. Əsasında Qlisemik İndeksi (Qİ) nəzəri biliyi durur – diabet, eləcə də ürək xəstəlikləri, piylənmənin müalicəsinə və idman adamlarının fiziki formasının saxlanılmasına kömək olur.

Yeməkdən sonra qandakı şəkərin miqdarı artır, xüsusilə Qİ ilə zəngin ərzaqlar bu artımı sürətləndirir. Qanda belə şəkər artımı iştahı qaldıran insulin ifrazına səbəb olur, ona görə də yenidən yemək istəyirik, çox vaxt bu yemək elə bütün prosesi başladan yeməklə eyni olur. İnsulinin səviyyəsinin artımı ilə bədən az kalori yandırır.

Qlisemik İndeksi

Bu indeks qandakı şəkərin miqdarına təsir edən ərzaqların sıralamasına görə yaradılıb.

Aşağı indeksli ərzaqlar qandakı şəkərin miqdarını az artırır, buna görə də aclıq hiss etmirsiz və orqanizmin yağ turşularını enerjiyə çevirmək üçün zamanı olur.

Unutmayın: yaxşı hiss etmək üçün yeyilən çipslər və biskivitlər heç bir şeyə kömək etmir, əksinə vəziyyətinizi daha da ağırlaşdırır.Aşağı indeksli ərzaqlar: alma şirəsi, yumşaq meyvələr, lobya, basmati düyüsü, qara çörək və yoğurt. Bu tam list deyil; aşağı Qİ (Qlisemik indeksli) ərzaqları tapmaq üçün xüsusi cədvəllər də var.



Nümunəvi menyu:

Səhər yeməyi

Myüsli

Qızardılmış çörək, yağ və qaynadılmış yumurta

Lanç

Yağ ilə tam buğa çörəyi, toyuq və salat

Tərəvəz supu

Meyvə

Nahar

Yüksək karbohidratlı buğda məhsulu və tərəvəzlər

İstənilən qədər yaşıl tərəvəz

Az miqdarda ət və lobya çeşidləri, mərci və ya tofu

Buxara verilmiş meyvə və ya meyvə şərbəti

Qəlyanaltı ( boş zamanda yemək üçün)

Az yağlı yoğurt və ya bir dilim pendir

Qızardılmış tam buğda çörəyi

Meyvə, təzə tərəvəzlər ( kök və kərəviz )

Az yağlı Graham krakerləri

Fermer pendiriскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!