Qış pəhrizi

Qış pəhrizi
Dieta - Fitnes
10.09.2017 60
Soyuq günlər zamanı günəş işığının çatışmazlığını xüsusilə hiss edən və rasionunu qış gerçəkliyinə uyğunlaşdırmaq istəyənlər üçün xüsusi pəhriz *



Baxmayaraq ki, kalori tələbatımız yay və qış vaxtı elə də fərqlənmir, yenə də menyumuzu çeşidli etmək lazımdır.



Daha çox enerji

Bədənimiz istilik balansını saxlamaq üçün qidadan gələn aha çox enerji dozasına ehtiyacı vardır. Buna görə də biz bol qida və enerjili yeməklərə zərurət duyuruq.

 

Faydalı – nəyi yeməli, nədən çəkinməli?

tam taxıl məhsulları, paxlalı bitkilər, az yağlı ət, qaraciyər dəmirin və çatışmazlığı yorğunluğa səbəb olan B, E vitaminlərinin əla mənbəyidir

günlük qida qəbullarının miqdarı çox vacibdir. Gündə 4 dəfə yemək mütləq minimumdur. Hər 3 saatdan bir yemək yemək bədənimizin düzgün istilik balansını saxlayır

tutumlu səhər yeməyi soyuqdəymənin qarşısın alır, səhər yağı daha sürətli yandırdığımız üçün piylənmə əmələ gətirmir: bununla yanaşı, bədənimiz qida elementlərini daha yaxşı mənimsəyir

tərəvəz və meyvələr: A, C, E (qidadan enerji almağa kömək edən və immuniteti möhkəmləndirən) vitaminləri ilə zəngin pomidor, bibər, brokkoli, brüssel kələmi, kahı, kərəviz, portağal, qreypfrut, yemiş, kivi hər bir yeməyə əlavə olunmalıdır

süd məhsulları, toyuq əti, balıq, dana əti, lobya, dənli bitkilər, cücərtilər, qoz-fındıqB qrup vitaminlərinin mənbəyidir ki, bu vitaminlər immun sistemi üçün əhəmiyyətlidir və antidepressant xassələrə malikdir

ət, paxlalı bitkilər, o cümlədən mərci və müxtəlif yarmalar bizi qanazlığından və immunitet zəifliyindən qoruyan dəmir elementi ilə təmin edir

tam taxıl çörəyi, lifli yarma doyuzdurucudur və eyni zamanda enerjinin əla mənbəyidirki, qışda bu enerjinin 50 faizini karbohidratlar təmin edir

balıq, toyuq əti, yumurta, brokkoli, qarğıdalı, göy noxud bədənimizi şirniyyata olan iştahı öldürən xromla zənginləşdirir

paxlalı bitkilər, soya, kətan toxumu, küncüd toxumu, tam buğda məhsulları, balıq, qoz-fındıq, brokkoli tərkibində maqnezium olduğu üçün həzm metabolizmini sürətləndirir

süd, süd məhsulları, yarma, paxlalı bitkilər, soya, balıqlar (sümüklü) kalsiumla zəngin olduğu üçün bizə doyma hissi verir

ağ çörək, piroq, peçenye istehlakının azalması lazımsız və piylənməyə gətirib çıxaran şəkərin istehlakını azaldır



Ye və çəki yığma

Ən mühüm şey odur ki, pəhrizimiz yaxşı balanslaşdırılmalıdır, yəni bizi daha çox enerji ilə təmin etməli, immuniteti artırmalı, amma kökəlmənin önünü almalıdır.



Mümkündür ki, sizin bədəniniz immuniteti artırmaq, infeksiyadan yayınmaq və piy toxumalarının toplanmasına izin verməmək üçün nə etməli olduğunu özü bildirsin.

Menyu

Səhər yeməyi:

Iki tikə çörək, yaşıl soğanlı kəsmik, ilıq bişirilmiş yumurta, pomidorlu salat, moruqlu çay

Lanç:

iki tam buğda bulkası ilə hinduşka vetçinası, təzə portağal şirəsi

Nahar:

buxarda bişirilmiş toyuğun döş əti, brokkoli, qabıqla bişmiş kartof, limonlu mineral su

Günorta yeməyi:

Banan, alma, portağal və kivili meyvə salatı

Şam yeməyi:

bişmiş lobya, tam buğda keksi, skumbriya balıqlı makaron, limonlu çay.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!