Liflər ilə zəngin pəhriz

Liflər ilə zəngin pəhriz
Dieta - Fitnes
10.09.2017 21
Liflər bədən tərəfindən praktik olaraq həzm edilə bilmir - buna görə də, bu pəhriz artıq çəki ilə mübarizədə qiymətsiz bir silahdır *



Detoksifikasiya və çəki itirmə

Bu pəhrizdə liflər çox, yağlar azdır. Tədqiqat göstərir ki, lif pəhrizin mühum hissəsidir.Hesablanıb ki, bizim hər gün azı 30 qr liflərə ehtiyacımız var. Artıq kiloqramlardan azad olmaq istəyirsinizsə, bu pəhriz sizin üçündür.



Faydalı məsləhətlər

Liflərin günlük qəbulu 30 qr olmalıdır. Bu pəhrizdə gündəlik kalori qəbulu qadınlar üçün 1000-1250, kişilər üçün isə 1500-dür. Liflərin əsas mənbələri makaron və çovdar çörəyi, bişmiş kartof, mərcimək, qarğıdalı, salat, təzə və quru meyvələrdır.

 

Az kalori

Brokkoli, bibər, qulançar, pomidor, xiyar, gül kələm, kahı – bunlar az kalorili və daha çox liflərlə zəngindirlər.

Liflərlə zəngin yemək hazırlamaq üçün çoxlu fürsətlər var: sendviç, sup, unlu yeməklər, kartof yeməkləri, salatlar, desert, vegetarian yeməkləri. Həftəlik çəki itirmə 1.4 kq-a yaxın olacaq. Çəkinizi müəyyən bir səviyyədə saxlamaq istəyirsizsə həyatınız boyu bir sıra prinsiplərinə əməl etməlisiz: çovdar məhsullarına keçin (çörək, makaron) və çoxlu meyvə yeyin.



Menyu

Hər gün liflər qarışığı qəbul etməyi unutmayın: dənli bitkilər, qoz-fındıq və quru meyvələr. Bu bədəninizə 200 kkal və 15 qr lif verəcək.

Səhər yeməyi

½ porsiya liflərlə zəngin qarışıq

140 qr yağsızlaşdırılmış süd

Lanç

300 qr konservləşdirilmiş mərcimək supu

2 tikə liflərlə zəngin, üzərinə maya ekstraktı çəkilmiş fitnes çörəyi

Bir ədəd portağal

Nahar

Vəzəri və təzə otlarla bişmiş omlet

115 qr təzə və ya donmuş yaşıl noxud

Desert üçün 220 qr az şəkərli siropda şaftalı

Şam yeməyi

Lif qarışığının geriyə qalanı

140 qr süd

Armud və ya almaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!