Alma pəhrizi ilə bir həftəyə 10 kilo arıqlayın!

Alma pəhrizi ilə bir həftəyə 10 kilo arıqlayın!
Dieta - Fitnes
10.09.2017 31
Bir həftədə 10 kilo arıqlamaq mümkündür! Lakin buna baxmayaraq, risk edərək sağlamlığa təhlükəli preparatlar qəbul etmək və ya ac qalmaq lazım deyil. Magiya? Yox, alma pəhrizi!

Yəqin, bilirsiniz ki, alma ehtiva etdiyi pektinin miqdarına görə, meyvələr arasında çempiondur. Ancaq bu yaxınlarda dietoloqlar müəyyənləşdiriblər ki, pektin istehlak edilən istənilən qidanın kaloriliyi azaltmaq iqtidarındadır. O, bunu necə edir? Sadə dillə izah edək. Pektin sanki süngərdir, o, orqanizmdəki karbohidratları və yağları mənimsəyərək xaric edir. Axı məhz tez mənimsənilən karbohidratlar artıq çəkinin yaranmasına təkan verir.

Pektinin digər xüsusiyyəti odur ki, o, faydalı maddələri, vitaminləri və mikroelementləri orqanizmdən xaric etmir.

Beləliklə, alma pəhrizinin menyusunu təqdim edirik:



Birinci gün: Alma

Səhər yeməyi

2-3 ədəd almanı sürtgəcin kiçik gözündən keçirdin, üzərinə bir neçə qoz və limon şirəsi əlavə edin.

Nahar

Almanı sürtgəcin böyük gözündən keçirdin, üzərinə təzə cəfəri və yaşıl soğan, qaynadılmış yumurtanın ağını, 1 çay qaşığı zeytun yağı və ya təbii yoqurt əlavə edin.

Şam yeməyi

3 orta alma.

Bu cür maddələr mübadiləsində sutka ərzində 1 kq itirəcəksiniz.



İkinci gün: Düyü

Səhər yeməyi

Bir ovuc suda bişmiş düyü və 3 alma. Onları birlikdə və ya ayrı-ayrılıqda yeyə bilərsiniz.

Nahar

Üç almanın qabığını və tumlarını təmizləyin, hər birini 4 yerə bölün, üzərinə qaynar su töküb yarım saat ərzində qaynadın. Bir limonun qabığını və şirəsini də əlavə edib, alınan püreni yeyin. Bir ovuc suda bişmiş duzsuz düyünü də yeyin.

Şam yeməyi

Bir ovuc duzsuz bişmiş düyü.

Bu gün 1,5-2 kq itirəcəksiniz.



Üçüncü gün: Kəsmik

Səhər yeməyi

2 alma və yağsız kəsmik. Ayrı-ayrı və ya birlikdə yeyə bilərsiniz. Əsas odur ki, şəkər əlavə etməyin.

Nahar

Almanı xırda dilimlərə bölün, üzərinə limon şirəsi əlavə edin. Yağsız kəsmiyə qoz, bir xörək qaşığı bal əlavə edin.

Şam yeməyi

100 qram kəsmik.

İki kq arıqlayacaqsınız.



Dördüncü gün: Kök

Səhər yeməyi

2 iri kökü və 1 almanı sürtgəcdən keçirin, zeytun yağı əlavə edib yeyin.

Nahar

Naharda da eyni salatı hazırlayın, lakin zeytun yağını balla əvəzləyin, limon şirəsi də əlavə edin.

Şam yeməyi

Sobada 2 alma bişirin, üzərinə bir çay qaşığı bal tökün.

2 kilo arıqlayacaqsınız.



Beşinci gün: Çuğundur-kök



Səhər yeməyi

Bir ədəd orta çuğunduru və 1 iri kökü bişirin. Soyuduqdan sonra sürtgəcdən keçirin, zeytun yağı əlavə edib yeyin.

Nahar

Yulafı suda bişirin, üzərinə sürtgəcdən keçirilmiş alma əlavə edin. Qaynadılmış yumurtadan, çuğundur və yerkökündən salat düzəldin.

Şam yeməyi

2-3 ədəd sürtgəcdən keçirilmiş kökün üzərinə qəhvəyi şəkər və ya bal tökün.

Bu gün 1 kilo arıqlayacaqsınız.

Altıncı və yeddinci gün:

İlk iki gün təkrarlayın.



Xüsusi qeyd: Pəhriz boyu yaşıl çay, ot cövhərləri və ya çoxlu su için. Qəhvəni rasiondan tamamilə çıxardın. Lakin giləmeyvə kompotlarını, təzə sıxılmış tərəvəz şirələrini içmək olar.



Əgər doymadığınızı hiss edirsinizsə, rasiona 2-3 alma əlavə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!