Fitneslə arıqlamaq

Fitneslə arıqlamaq
Dieta - Fitnes
10.09.2017 26
Fitness bir neçə məşq hərəkətinə söykənən idmandır. Digər bütün idman növlərindən fərqli olaraq bütün əzələlərin tək-tək alətlərlə və ya alətsiz hərəkət etdirilməsiylə gərginləşdirilməsi və gücləndirilməsi hədəflənir. Əsasən bütün idman növlərində fitnesdə istifadə edilən məşq hərəkətləri vardır. Bundan başqa hansısa idman növündəki xüsusi hərəkət fitnesdə yer ala bilər.



Arıqlama

Hər şəxsə və müəyyən olunmuş məqsədə görə məşq proqramları fərqlilik göstərir. Fitness idmanında dəqiq bir məşqdən danışmaq olmaz. Yəni hər yaşın, hər həyat tərzinin və hər bədən tipinin bir-birindən fərqli olması səbəbindən bir peşəkar tərəfindən izlənilən proqram mövcud olmalıdır. Bu idman sərhədləri və hədəfləri olmadığı üçün hər yaşda edilə bilər. Misal üçün 16 yaşında və ya 55 yaşında bu idmana başlamaq olar.



Fitneslə məşğul olmaq bədəndə endorfin, ostrogen və ya testosteron hormonu ifrazını artırma xüsusiyyətinə malikdir. Bu da şəxsin özünü psixoloji olaraq daha yaxşı və enerjili hiss etməsinə şərait yaradır. Bədənin formaya düşməsi isə özünəinamı artırır. Metabolizmi sürətləndirir. Enerjini artırır. Yuxunu tənzimləyir. Stresdən uzaqlaşdırır. Daha sağlam və sürətli düşünməni təmin edir. Ürək və damar xəstəliklərinə tutulma faizini azaldır. Kalori yandırmağı və bədənin enerji sistemini tənzimlədiyindən şəkər xəstələri üçün də faydalıdır. Ancaq şəkər xəstələrinin xəstəlik tipinə görə həkimin də təsdiqləyəcəyi bir məşq proqramı ilə işlənməlidir.



Nələrə diqqət etməli?

Məşq başlamadan öncə riskləri öyrənmək vacibdir. Uyğun geyim geyinilməli və xüsusilə idman ayaqqabısı seçiminə diqqət edilməlidir. Zədələnməmək üçün məşq öncəsi isinmə hərəkətlərinə başlamaq lazımdır. Yeni başlanmışdırsa yüngül məşqlərlə başlamalı, daha sonra ağırlığı artırmalıyıq.



Sonda qeyd etmək lazımdır ki, qidalanma fitneslə məşğul olanlar üçün çox önəmlidir və gözəl nəticənin əsas səbəbkarlarındandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!