Günəş arıqladırmı?

Günəş arıqladırmı?
Dieta - Fitnes
10.09.2017 53
Sümükləri gücləndirən D vitamini yağ yandırmada köməkçi ola bilərmi? D vitamini arıqladırmı? Kalsiumun udulmasını artıran və sümüklərdə kalsium toplanmasına kömək edən D vitamini bədənə yetərli miqdarda alınmadıqda sümük əriməsinə və sümük xəstəliklərinə yol aça bilər. D vitamininin ən böyük qaynağı olan günəş də bu vitaminin öz vəzifəsini yerinə yetirməsinə köməkçi olur. Yetərli miqdarda günəş qəbul etdiyimiz zaman bədənimiz öz-özünə D vitamini yarada bilir. D vitamini "tuna" kimi bəzi balıqlarda, ciyər, pendir, kərə yağı, balıq yağı və yumurtanın da tərkibində vardır.



Son zamanlarda D vitamini və yağ yandırma əlaqəsiylə bağlı müxtəlif araşdırmalar həyata keçirildi. Bəs həqiqətən D vitamini yağ yandırmada köməkçi olurmu?

Çəkiyə nəzarət və D vitamini əlaqəsi göz önünə alındığı zaman çəkisi yüksək olan insanlarda D vitamininin az olduğu görünmüşdür. Bədəndəki D vitamini səviyyəsi az olduqda toxluq hormonunun da az ifraz olunduğu anlaşılmışdır. Hüceyrəvi səviyyədə D vitamininin yağ hüceyrələrinin artmasını əngəllədiyi məlum olmuşdur. Araşdırmalar nəticəsində D vitamininin xüsusilə bel bölgəsindəki yağları yandırmağa kömək etdiyi ortaya çıxmışdır. Kalsiumla birlikdə işləyən D vitamini qarın bölgəsində yağlanmaya səbəb olan stres hormonu - kortizolu da azaldır.



D vitamini çatışmazlığı önəmlidir.

Yetkin insan yay aylarında günəşə çıxdığı zaman gündəlik D vitamini ehtiyacını qarşılamış olur. Ancaq qışda daha az günəşə məruz qaldığından D vitamini əlavəsi almaq gərəklidir. D vitamini əlavəsi alma ehtiyacınızın olub olmamasına isə həkiminiz ölçmələr apararaq qərar verməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!