Arıqlamaq istəyən kişilər oxusun

Arıqlamaq istəyən kişilər oxusun
Dieta - Fitnes
10.09.2017 41
Bu dəfə məhz kişilər üçün qısa müddətdə möhtəşəm nəticə verən "Meqa-Star" Tarkanın pəhrizini təqdim edirik.



Deyilənə görə, Tarkan bu pəhriz sayəsində 20 gündə 8 kiloqram arıqlayaraq, 78 kilodan 70 kiloya düşüb.



Onu da qeyd edək ki, Tarkan pəhrizini saxlayarkən gündə ən az 1 saat 30 dəqiqə idman etmək lazımdır. Pəhriz zamanı ac qalmayacaqsınız.



Deyilənə görə, şirniyyatı çox sevən Tarkan pəhriz müddətində belə, balqabaqdan hazırlanan xüsusi şirniyyatlardan imtina etməyib.



Səhər yeməyi:

* 2 dilim kəpəkli çörək və ya yulaf əzməsi

* 100 qram yağsız lor pendiri

* Pomidor, bibər və xiyardan ibarət salat (alternative olaraq badamlı salat yemək olar)

* Bir stəkan yağsız süd və ya sadə çay



30 dəqiqə keçdikdən sonra:

*Qreyfrut, portağal, alma və kökdən hazırlanan 1 stəkan meyvə şirəsi



Günorta yeməyi:

* İki ədəd orta böyüklükdə kartof

* 150-200 qram toyuq (alternativ olaraq yağsız qırmızı ət və ya balıq)

* Duzsuz, yağsız salat

* Bir ədəd banan və kivi



Axşam yeməyi:

* İspanaq, gül kələmi, qabaq, kərəviz, kartof, noxud, mərci kimi qidalardan hazırlanmış 1 porsiya yağsız, duzsuz tərəvəz yeməyi.

* Duzsuz, tərəvəzli plov (dad vermək üçün limon əlavə etmək olar)

* Üç yumurtanın ağı

* Meyvə salatı (tərkibində banan, kivi, armud, yaşıl alma və üzüm ola bilər)



30 dəqiqə sonra:

Bir ədəd rəndələnmiş kök (üzərinə bol miqdarda limon sıxılmalıdır)



Pəhriz zamanı həftədə 2-3 dəfə aşağıdakı şirniyyatlardan yemək olar:



Balqabaq halvası: tərkibinə şəkər əvəzinə süni dadverici əlavə edilməlidir. Limonla dad vermək olar.



Manna yarması ilə hazırlanan şirniyyat: manna yarmasını tavada çəhrayı rəng alana kimi qovurun. Kənarda suyu, süni dadvericini və limon suyunu qaynadıb üzərinə əlavə edin.



Qeyd: gündə bir dəfə sadə qəhvə, 4-5 dəfə limonlu çay, həftədə ən azı 3 dəfə cökə çayı içmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!