Səhərlər qaçmağın faydaları

Səhərlər qaçmağın faydaları
Dieta - Fitnes
10.09.2017 45
Səhərlər qaçışla məşğul olmağın həm psixoloji olaraq, həm də bədən
sağlamlığı baxımından çox faydalı təsirləri var. Xüsusən səhərlər edilən
qaçışın sağlamlıq üçün faydası böyükdür. Hər gün davamlı olaraq, sadəcə
5 dəqiqə qaçmağın ömrünüzü 3 il uzadacağını bilirdinizmi? Səhərlər
qaçmaq bədəninizə olduqca müsbət təsir göstərəcəkdir.



Qan təzyiqini tənzimləyir.

Hər səhər qaçmaq qan təzyiqini
nizamlayır, yüksək təzyiqi salır. Hər nə qədər qaçmaq qan təzyiqini ani
olaraq artıran bir hərəkət kimi görünsə də, uzun müddət ərzində həm
kişilər, həm də qadınlarda təzyiq, diabet və xolesterolu nizama salır.
Gəlin bu gün gəzinti zamanı dinləyə biləcəyiniz mahnılar seçib,
qulaqlıqlarınızı taxıb başlayın, sağlam həyata ilk addımınızı atın.



Ürək xəstəlikləri riskini azaldır.

Hesablamalara görə hər səhər qaçışla
məşğul olmaq ürək xəstəlikləri riskini yüzdə əlli nisbətində azaldır.
Sadəcə həftədə iki gün, ən azından 10 dəqiqə yüngül tempdə qaçmaq belə
sizi ürək xəstəliklərinə qarşı qoruyacaq.



Zehni gücləndirir.

Hər bir məşq ürəyinizin daha çox
işləməsi nəticəsində oksigenlə zənginləşmiş qanın bədəninizdə dövr
etməsinə şərait yaradır. Bu oksigen də beyninizdən keçərək zehninizin
işinə köməklik göstərmiş olur. Davamlı şəkildə qaçmaq zehninizin
güclənməsi ilə birlikdə ruhunuzu da dincəldir, zehninizi boşaldaraq
psixologiyanıza müsbət təsir göstərir. Həmçinin hər gün qaçmaq Alzheimer
xəstəliyinin yaranması riskinin də qarşısını alır.



Özünüzü daha yaxşı hiss edəcəksiniz.

Əgər pis bir dövr keçirirsinizsə,
heç nə qaydasında deyilsə, hər səhər davamlı olaraq qaçışla məşğul olmaq
sizə özünüzü daha xoşbəxt hiss etdirəcəkdir. Hər səhər qaçan insanların
növbəti səhəri həvəslə gözlədiyini siz də müşahidə edə bilərsiniz.



Daha yaxşı yatacaqsınız.

Hər səhər qaçmaq yuxu sisteminizi
qaydaya salacaq və daha yaxşı yatmağınıza kömək edəcəkdir. Gün ərzində
daha canlı və aktiv olmağınıza imkan yaradacaq. İdmanla məşğul olduğunuz
zaman bədəniniz yuxuya keçməyiniz üçün bədən temperaturunuzun düşməsini
daha rahat təmin edəcək, beləcə həm qısa müddətdə yuxuya gedə biləcək,
həm də keyfiyyətli yuxu perioduna sahib olacaqsınız. Narahatlıq və
depressiya yaşayan insanlarda səhərlər qaçmağın müsbət təsirlərinin
olduğu da müşahidə edilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!