İdman hərəkətləri zamanı ən çox yol verilən səhvlər

İdman hərəkətləri zamanı ən çox yol verilən səhvlər
Dieta - Fitnes
10.09.2017 23
İsinmə hərəkətləri etmədən məşqə başlamağın, sizə uyğun olmayan
ağırlıqları qaldırmağın əzələ yırtıqlarına səbəb olacağını bilirdinizmi?
Fitneslə məşğul olmağın zədələnməyinizə səbəb olmasını istəmirsinizsə,
onda yazımızı sonuna qədər oxuyun.
Xüsusən yeni başlayanların ağır bir məşq proqramı etməsi faydanın
əksinə zərər gətirə bilər. Əzələ yırtılmaları və yaralanmalardan
qorunmaq üçün bədəninizə uyğun bir məşq seçməyiniz çox önəmlidir. Bir
çox insan bədənini tanımadan, əzələlərini məşqə alışdırmadan, etdiyi
məşqin nə işə yaradığını bilmədən ağırlıq qaldırmağa çalışır.

Məşqə başlamadan öncə mütləq əzələlərinizi isitməlisiniz. Onların
məşqə hazır hala gələ bilməsi üçün bir az gəzə bilər, pedal çevirə bilər
və ya stretching hərəkətləri edə bilərsiniz. Məşqdən öncə bir az
tərləmək qan dövranınızı sürətləndirəcək, məşqi daha rahat etməyinizə
şərait yaradacaq, əzələlərinizin zərər görməsinin qarşısını alacaqdır.

Necə ki, məşqdən öncə isinmək önəmlidir, eləcə də məşqdən sonra
əzələləri rahatlandırmaq da eyni şəkildə vacibdir. Çox insan idman
zallarında əzələlərini soyutmaq yerinə duş qəbul etməyi seçir. Əslində
isə bu doğru deyil. Məşqdən sonra əzələlərinizi rahatlaşdırmalı və ürək
ritminizi normala çevirməlisiniz.

İnsanlar adətən məşqlərdən sonra bel, çiyin və ya kürək ağrısından
şikayətlənirlər. Necə bir məşq proqramı etməyinizdən asılı olmayaraq
mütləq bir mütəxəssislə məsləhətləşməlisiniz. Yaralanmaların çoxu doğru
texnika öyrənilmədən məşq edilməsindən qaynaqlanır.

İki məşq arasında çox ara vermək heç də yaxşı deyil. Adətən iki set
arasında 30 dəqiqə ara vermək yaxşıdır. Özünüz də bu müddətə ürək
ritminizi dinləyərək qərar verə bilərsiniz.

Əzələlərinizi qorumaq və yaralanmaların qarşısını almaq üçün sizə
uyğun ağırlığı müəyyən etməlisiniz. 10-15 dəfə təkrarlayaraq qaldıra
bildiyiniz ağırlıq sizə uyğun ağırlıqdır. Əgər 10 dəfədən az qaldıra
bilirsinizsə, daha yüngül olanlardan istifadə etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!