Piyləri yandıran otlar haqqında bilmədikləriniz

Piyləri yandıran otlar haqqında bilmədikləriniz
Dieta - Fitnes
10.09.2017 12
Otlar bütün dövrlərdə, o cümlədən, kosmetoloji baxımdan bir çox sağlamlıq və dəri problemlərininhəllində məlhəm rolunu oynayıb. Belə ki, onlar immuniteti dəstəkləyir, həmçinin, dəri problemlərini həll edir. Bundan başqa, otlar arıqlamağa kömək edir.

 

Əlbəttə,
onu da qeyd etmək lazımdır ki, qidalanma sxemində heç bir dəyişiklik
etmədən, idmanla məşğul olmadan otların möcüzəli təsirini gözləmək lazım
deyil.

 

Arıqlamağa
kömək edən otlar bir neçə kateqoriyaya bölünür. Bəziləri iştahanı
(gülxətmi, günəbaxan, kətan toxumu) azaldır. Digərləri maddələr
mübadiləsini gücləndirir: Sənna otu, çobanyastığı, yaşıl çay və.s.

 

Üçüncü kateqoriyaya maddələr mübadiləsini qaydaya salan otlar daxildir: Ağcaqayın yarpaqları, gicitkən.

 

Qeyd
etmək lazımdır ki, otları dəqiq sistem olmadan, şüursuz şəkildə qəbul
etmək olmaz. Arıqlamaq üçün hər hansı otun çayını qəbul etməzdən qabaq
onun əks göstərişləri olub-olmadığını yoxlamaq lazımdır.

 

Əgər siz otların köməyilə arıqlamaq istəyirsinizsə, o halda, həkimlə məsləhətləşin.

 

İstənilən
nəticəni əldə etmək üçün otlardan, adətən, 40 günə qədər istifadə etmək
tövsiyə olunur. Daha sonra bir neçə ay fasilə etmək lazımdır. Onu da
unutmayın ki, bitkilərlə arıqlamaq ən düzgün üsuldur. Lakin bu proses
bir qədər ləng gedir.

 

Arıqlamaq üçün hər gün təzə bitki çayı hazırlayıb 2 stəkan içmək lazımdır. Bu məqsədlə termos lap yerinə düşər. Dünəndən qalmış bitki cövhəri öz faydalı xüsusiyyətlərini itirdiyi üçün istənilən nəticəni vermir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!