Ev şəraitində qarnı əritmək üçün 10 qayda

Ev şəraitində qarnı əritmək üçün 10 qayda
Dieta - Fitnes
10.09.2017 79
Kökələndə piylərin çoxu qarında yığılır. Qarın və bel nahiyələrində xoşagəlməz görüntü bir çox qadının problemidir.

 

Sarımsaq udun

Kəskin
qoxusuna görə, sarımsaq yeməkdən çəkinirsinizsə, onu udmağa çalışın. 1
diş sarışmsağı udub üstündən 1 stəkan su için. Bunu gecə yatmazdan öncə
etməyiniz məsləhətdir.

 

Badamlı su

Gecə
yatmazdan öncə 1 stəkan suya 3-4 ədəd badam töküb bir kənara qoyun.
Səhər oyanan kimi, acqarına əvvəlcə həmin suyu için, daha sonra suyun
içərisindəki badamları yeyin.

 

Keşniş toxumu

Keşniş
toxumu yağları əridən ən təsirli ədviyyatlardan biridir. Qatığa,
salatlara, şorbalara keşniş toxumu əlavə edib yeyin. İstəsəniz, 1 stəkan
isti suya 1 çay qaşığı keşniş toxumu qatıb için.

 

Ağ kələm

Kələmi yaxşıca bişirin. Ondan salat hazırlayıb yeyin. Həzmi asanlaşdırması üçün üyüdülmüş zirə ilə yeyin.

 

Alma sirkəsi və su

Yeməkdən öncə alma sirkəsi əlavə edilmiş su için. 1 stəkan ilıq suya 1 çay qaşığı alma sirkəsi əlavə etmək kifayətdir.

 

Limonlu su

Qarnı
arıqlatmaq üçün əvvəlcə qaraciyəri piydən təmizləməlisiniz. Bunun üçün
ən effektli vasitə limonlu sudur. Hər səhər 1 stəkan ilıq suya yarım
limonun şirəsini əlavə edib için.

 

Zəncəfilli qatıq

Zəncəfil, sarıkök və darçını qatıqla qarışdırıb yeyin. 1 kasa qatığa hər 3 ədviyyatdan 1 çay qaşığı əlavə edin. Yatmazdan 3-4 saat öncə yeyin. Bunu həftədə 2 dəfədən artıq etməyin.

 

Limonlu yaşıl çay

1 stəkan yaşıl çaya bir az limon şirəsi əlavə edib yeməkdən 15 dəqiqə sonra için.

 

Detoks suyu

1
litr isti suya 3 çay qaşığı yaşıl çay əlavə edib 5 dəqiqə dəmləyin.
Daha sonra içərisinə quru və ya təzə nanə ilə yarım limonun suyunu əlavə
edin.  Detoks suyunu bir gün ərzində hər dəfə 1 stəkan olmaqla için.

 

Darçınlı su

Qarında
toplanan yağların ən böyük səbəbi şirniyyatdır. Bunun qarşısını almaq
üçün darçınlı su içmək lazımdır. Gecə yatmazdan öncə 1 litr suya 1 çubuq
darçın və 1 ədəd alma əlavə edib bir kənara qoyun. Səhəri gün həmin
suyu acqarına və ya yeməkdən yarım saat sonra için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!