Qarın əridən və yağ yandıran pəhriz

Qarın əridən və yağ yandıran pəhriz
Dieta - Fitnes
10.09.2017 20
Dadlı
yeməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt
özümüzü saxlaya bilmirik. "3 günlük dünyadır” bəhanəsi ilə ən dadlı
təamların dadına baxırıq. Lakin bu 3 günlük dünyanı yekə qarınla başa
vurmaq heç də parlaq fikir deyil. Yaxşı ki, pəhriz və idmanla qarında
toplanmış xoşagəlməz yağları əritmək mümkündür

 

türkiyəli diyetoloq Tuçə Altan Bahçənin qarın əridən pəhriz reseptini təqdim edir.

Qarın
yağları estetik bir problem olmaqdan əlavə, sağlamlığımız üçün də ciddi
təhlükələr yaradır. Tuçə Altan yağlanmanı azaldan qidalar və qarın
əridən pəhriz proqramı haqqında lazımlı  məlumatlar verib. Onun
sözlərinə görə, bel ətrafındakı piylənmə tiroid xəstəlikləri, insulin
müqaviməti, hipoqlisemi kimi bir çox sağlamlıq problemindən qaynaqlanır.
Aparılan tədqiqatlar qarın yağlarının diabet, xolesterin, təzyiq, ürək
xəstəliklərinə tutulma riskini xeyli artırdığını göstərir. Maddələr
mübadiləsinin ləng işləməsi, bədəndəki hormonal dəyişikliklər, genetik
faktorlar və stress də piylənmənin ən mühüm səbəbləri sırasındadır.

Yağlanmanı azaldan qidalar:

Lif
miqdarı yüksək olan qidalar qarın ətrafındakı yağların azalmasını təmin
edir. Həzm sisteminizin yaxşı işləməsi qarın şişkinliyini də azaldacaq.

İspanaq

Yaşıl çay

Kələm

Qatıq

Alma

Yulaf

Darçın

Mərci

Alma sirkəsi

 

Qarın əridən pəhriz resepti

 

Səhər yeməyi

2 stəkan limonlu su

1 ədəd qaynamış yumurtanın ağı

2 yemək qaşığı kəsmik və ya pendir

Yarım çay qaşığı pul bibər

1 dilim qara şörək

1 kasa cəfəri salatı

 

11:00-dan 12:00

2 stəkan limonlu su

2 dilim ananas

1 fincan yaşıl çay (şəkərsiz)

 

Günorta yeməyi

2 stəkan limonlu su

1 kasa pərpərən salatı (1 çay qaşığı alma sirkəsi ilə)

5 yemək qaşığı zeytun yağlı balqabaq yeməyi (susuz)

 

15:00-dan 17:00-a qədər

2  stəkan limonlu su

1 ədəd dilimlənmiş darçınlı alma

1 stəkan az yağlı qatıq

1 fincan mete çayı

 

Axşam yeməyi

2 stəkan limonlu su

100 qram qızardılmış kəklikotulu toyuğun döş əti

1 kasa kələm salatı (1 çay qaşığı alma sirkəsi ilə)

 

20:00-dan 22:00-a qədər

2 stəkan limonlu su

7-8 ədəd badam (duzsuz)

1 fincan jasminli cökə çayı (şəkərsiz)

Pəhrizi 10 gün saxlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!