Üç günlük pəhriz

Üç günlük pəhriz
Dieta - Fitnes
10.09.2017 65
Pəhrizə dözümü olmayanlar üçün 3 günlük pəhriz

 

1-ci gün

Səhər: şəkərsiz qara qəhvə və ya çay, bir dilim qara çörək, araxis.

1-2 saat sonra yarım qreyfrut.

Günorta: ton balıq konservi, bir dilim qara çörək, 4 qırmızı turp.

Axşam: 100
qr dərisi soyulmuş, suda bişmiş yağsız toyuq əti, suda bişmiş 50 qr
yaşıl lobya, 1 stəkan bişmiş çuğundurun şirəsi, bir-iki dilim suxari.

Yatmazdan əvvəl: 1 ədəd alma.

 

2-ci gün

Səhər: şəkərsiz qara qəhvə və ya çay, bir dilim qara çörək, araxis.

1-2 saat sonra 1 ədəd banan.

Günorta: 150 qr kəsmik, 4 qırmızı turp, keşniş.

Axşam: 2 ədəd suda bişmiş sosiska, yarım stəkan kök şirəsi, qara çörək suxarisi.

Yatmazdan əvvəl: 1 ədəd alma, çay.

 

3-cü gün

Səhər: şəkərsiz qara qəhvə və ya çay, bir dilim qara çörək, bir dilim pendir.

1-2 saat sonra 1 ədəd alma.

Günorta: 2 ədəd bişmiş yumurta, təzə xiyar, 4 qırmızı turp, bir dilim qara çörək.

Axşam: ton balığı, bişmiş çuğundur şirəsi, 100 qr gül kələmi, suxari.

Yatmazdan əvvəl: 200 qr yemiş və ya alma.

 

Bu
pəhrizdən sonrakı 4 gündə yağlı yeməklər qadağandır. Yüngül qidalar
məsləhətdir. Gündə 6-8 stəkan təmiz, qazsız mineral su içmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!