Pəhrizdən sonra qayıdan çəki

Pəhrizdən sonra qayıdan çəki
Dieta - Fitnes
10.09.2017 21
Çəkinizi azaltmaq üçün sıx və ağır pəhrizlər tətbiq edirsiniz, son
dərəcə nizamlı, şüurlu tamamilə arıqlamağa fokuslanmış idmanlar
edirsiniz və nəticədə istədiyiniz ideal çəkinizə çatırsınız.

Əsl
problem bundan sonra başlayır. İtirilən çəkiləri geri almamaq və
formanızı qorumaq lazımdır. Bu məqaləmizdə iştahımızı idarə etmək,
arıqlamaq dərmanları, şirniyyatın çəkimizə təsiri, itirilən çəkinin geri
almamaq kimi mövzulara toxunacağıq.

 

İştah niyə tamamilə bağlanır və ya heç cür bağlanmır?

Əslində
iştah idarəsinin, idarədən çıxması birdən birə olan bir vəziyyət deyil.
Çoxumuz uşaqlığımızda onu da ye bunu ye təzyiqləri ilə arıq uşaq xəstə
uşaqdır kimi səhv düşüncə ilə davamlı yemək yeməyə öyrəşdirilmiş olaraq
böyümüşük. Bu vəziyyət biz böyüdükcə problem olaraq bizlə birlikdə
böyüməyə davam edir. Çünki orqanizm müəyyən bir nöqtədə bizim onu idarə
etməyimizə artıq icazə verməz və bağlanmaq bilməyən bir iştahla
döyüşməyə başlayarıq.

Bunun yanına da psixoloji faktorlar əlavə
olunar və tamamilə cığırından çıxar. Məsələn bəzi insanlar stressdə
olduqlarında, depressiya dövrünə girdiklərində sürətlə çəki almağa
başlayarlar. Çünki artıq bağlanmayan bir iştahları vardır və nə
yedikləri nə qədər miqdarda yediklərini ölçə bilməz, təqib edə bilməz
haldadırlar.

Bəzi insanlarda tam tərsi bir vəziyyət yaşayaraq
depressiyaya girdiklərində iştahları tamamilə bağlanar və ən son nə vaxt
yemək yediklərini belə xatırlaya bilməz və böyük ehtimalla təzyiq ya da
qan şəkərləri azalar və huşunu itirmə halı keçirdiklərində ac
olduqlarını xatırlayarlar.

 

Mövcud ideal çəkimizi qorumaq üçün nələr edə bilərik?

Əslində
ideal çəkimizi qorumaq çəki verməkdən daha çətindir. Bu səbəblə özümüzə
bu qədər vaxt pəhrizdəyəm ideal çəkimi qorumaq üçün bunları yeməyim
lazımdır kimi yemək siyahısı hazırlasanız əmin olun ən qısa müddətdə o
siyahını zibilə atar, əvvəlki çəkinizə geri qayıtmaq üçün sürətlə yola
çıxarsınız.

Verilən çəkiləri geri almamaq üçün ən qəti yol, hər gün
yeyə biləcəyiniz ancaq az yeyə biləcəyiniz, davamlılığını təmin edə
biləcək dərəcə çətin olmayan bir yemək vərdişi əldə etmənizdir. Yəni
çəkinizi qorumaq üçün hazırlayacağınız yemək siyahılarınız ömür boyu
sizin həyat tərziniz ola biləcək yeməklər olmalıdır. Yoxsa qısa vədəli
çəki idarəsini təmin edəcək yemək siyahıları, sizi sürətlə köhnə
çəkinizə qaytara biləcək.



Yalnız salat ilə qidalansam tox olarammı?

Xeyr.
Karbonhidrat qəbul etmədiyiniz heç bir qida sizi tox tutmayacaq. Ancaq
çox karbonhidrat da sizi sürətlə çəki almaq yoluna sürüyəcək. Bu səbəblə
az çox miqdarlarda hər pay karbonhidrat tərkibli qidalar qəbul edərək
tox qalmağı təmin edə bilərsiniz.

Bunun yanında sadə salat yerinə
zülal tərkibli qidalar əlavə etsəniz tox qalmanız daha da asanlaşar.
Məsələn salatınızın üzərinə səpəcəyiniz bir miqdar pendir kimi.



Zəifləmə dərmanı istifadə edərək çəki verə bilərmi?

Həkim
tövsiyəsi və həkim nəzarəti xaricində istifadə edilən dərmanlardan
başqa heç bir arıqlamaq həbini öz başınıza, heç bir araşdırma etdirmədən
əsla istifadə etməyin.

Çünki bəzi zəifləmə dərmanları ürək, təzyiq,
şəkər xəstələrini ölümə qədər apara bilməkdədir. Bundan başqa arıqlamaq
həbləri ilə zəifləyən bir çox adamın arıqlama həbi bitimindən sonra
verdikləri çəkilərin daha çoxunu sürətlə aldıqları bilinən bir
gerçəkdir.

 

Yeməkdən əvvəl şirin və ya meyvə yemək arıqladarmı?

Yemək
əvvəli yenilən şirniyyatlar əksinə əsla tox saxlamaz və iştah bağlayıcı
xüsusiyyətə sahib deyil. Yalnız özünüzü daha enerji dolu hiss etmənizi
təmin edər və yemək sonrasında şirin yeyilən zaman hiss edilən
həzmsizlik hissini yaşamazsınız. Bunun xaricində yemək əvvəlində şirin
yeyərək iştahın bağlanması və arıqlanması kimi düşüncələr düzgün deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!