Sürətli rejim

Sürətli rejim
Dieta - Fitnes
10.09.2017 25
Bodu-Pump fitnes proqramı az vaxt ərzində maksimum effekt əldə etməyə
zəmanət verir. Məhz buna görə də proqram dünya hitinə çevrilib. İndi
sizə qamət, düzgün kürək və qolların relyef əzələləri üçün məşq planını
təqdim edirik.

 

Kürəyin aşağı hissələrinin əzələləri

Çıxış vəziyyəti: ayaqlarınızı çiyin bərabərində açaraq ştanqı əlinizə götürün.

Dərindən nəfəs alıb, dizlərinizi bükün və bədəninizi qabağa əyin.

Kürəyinizi yığmayın, çiyinlərinizi qaldırmayın. Nəfəsinizi dərin. Ştanqı qarın nahiyəsinə doğru aparın.

Yenidən nəfəs alıb ştanqı aşağıya salın. Nəfəsinizi verib çıxış vəziyyətinə qayıdın.

 

Kürək və çiyinətrafı əzələlər

Çıxış vəziyyəti: əvvəlki məşqdə olduğu kimi əyilmiş vəziyyətdə

dayanın.
Nəfəs alıb dirsəklərinizi kənara əyin, ştanqı qurşaq nahiyəsinə doğru
qaldırın. Nəfəsinizi verin. Çıxış vəziyyətinə qayıdın. Kürəyinizi
yığ-mayın, çiyinlərinizi qaldırmayın.

 

Kürəyin yuxarı hissəsi və çiyinətrafı əzələlər

Çıxış
vəziyyəti: Ayaqlarınızı çiyinləriniz bərabərində aralayaraq ştanqı
əlinizə alın. Nəfəsinizi verin. Dirsəklərinizi kənara doğru əyin. Ştanqı
sinənizə qaldırın. Bu zaman kürəyiniz düz olmalı, çiyinləriniz isə
qalxmamalıdır.

 

Çiyinətrafı əzələlər

Çıxış
vəziyyəti: ayaq üstə dayanaraq, ştanqı sinənizlə eyni səviyyədə tutun,
dirsəklərinizi aşağı endirin. Nəfəsinizi verin, qollarınızı yuxarıya
qaldırın. Belinizi əyməyin, çiyinlərinizi isə qaldırmayın.

 

Çiyinətrafı əzələlər

Çıxış
vəziyyəti: diziniz döşəməyə söykənmiş, bədəniniz qabağa əyilmiş,
ştanqın bilinləri isə aşağıda olmalıdır. Nəfəsinizi verin. Bədəninizin
istiqamətini dəyişməyib, dirsəklərinizi azacıq əyərək qollarınızı kənara
açın. Kürəyinizi yığmayın, çiyinlərinizi qaldırmayın.

 

Bu
məşq üçün lazımı tempdə mahnı tapın və idman hərəkətlərinə 3 dəqiqə
vaxt sərf edin. Ştanqın optimal kütləsi 6 kq, bilinlərinki isə 2 kq
olmalıdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!