Narıncı pəhriz

Narıncı pəhriz
Dieta - Fitnes
10.09.2017 20
Qışda isti yay günlərini xatırlayıb kədərlənirik. Aysel əhval-ruhiyyəni
qaldıran əla pəhriz təqdim edir. Narıncı pəhrizdə yalnız san, narıncı
rəngli meyvə və tərəvəz yemək lazımdır.

 

Narıncı
meyvə-tərəvəzin balqabaq, şirin kartof, portağal, ərik, şaftalı,
qreypfrut, bibər, yemiş, limon, kök, xurma, mandarin – tərkibində böyük
miqdarda bcta-karotin var ki, bu da dərini hamarlaşdırır və
ultra-bonövşəyi şüalardan qoruyur, bundan başqa, mədə-bağırsağın işini
normallaşdırır. Həkimlər narıncı ərzaqları qida rasionuna mütəmadi daxil
etməyi məsləhət görürlər. Çünki onlar ürək-damar, xərçəng xəstəliyi
riskini azaldır.

 

Yerkökü

Yerkökü orqanizmə ağ
ciyər və ürək xəstəliyinə qarşı dayanıqlı olmağa kömək edir. Təzə
sıxılmış kök şirəsi isə bağırsağın funksiyasını bərpa edir ki, bu da
qəbizlikdən əziyyət çəkənlər üçün vacibdir. Yerkökü anemiya və gücsüzlük
zamanı bədəni əla bərpa edir, həmçinin damarları xolesterindən
təmizləyir.

 

Balqabaq

Balqabaqdan hazırlanan
xöroklər bir çox xostəliklərin miialicəsi vo profılaktikası zamanı
məsləhət görülür. Balqabaq lətində böyük miqdarda dəmir, fosfor vo mis
var. Mohz buna görə o, atcroskleroz və qanazlığı zamanı əla
profılaktikadır.

 

Kartof

Şirin kartofda mədə və
öd kisəsinin işini stimullaşdıran maddəlor var. Diareya, iştahasızlıq və
ya orqanizmin ümumi zəifliyi zamanı şirin kartof əla vasitədir.
Həmçinin bu tərəvoz həddindon artıq tərləyon insanlara məsləhətdir.
Şirin kartofun kökündən artrit və revmatizmin müalicə və profılaktikası
zamanı istifado olunur.

Menyu

 

Birinci gün:

Səhər yeməyi – sadə qəhvə, 1 portağal (armud, ya qreypfrut), 2 soyutma yumurta

Nahar – sarı bolqar bibəri və pomidor salatı (8 ədəd suda isladılmış qara gavalı)

Şam – 1 portağal (armud, ya sarı alma), 1 soyutma yumurta

 

İkinci gün:

Səhər yeməyi – sadə qəhvə, 200 q 1%-li kəsmik

Nahar – portağal və 2 yumurtanın qayğanağı və bir az süd.

Şam – 1 portağal (ya alma), 1 stəkan kefir

 

Üçüncü gün:

Səhər yeməyi – 1 stəkan ballı və ya şəkərli tünd çay

Nahar – sarı bolqar bibəri, pomidor və xiyar salatı, 500 q pendir, 1 portağal Şam – 1 stəkan kefir və ya süd

 

Dördüncü gün:

Səhər yeməyi – 200 q yulaf yarması, 1 soyutma yumurta Nahar – 1 pomidor, 300 q suda bişirilmiş balıq

Şam – 2 ədəd istənilən sarı meyvə

Narıncı
meyvə-tərəvəz əhval-ruhiyyəni qaldırır, insana enerji verir və
susuzluğu yatırır. Pəhriz 4 gün davam edir. Yeməklər arası heç bir qida
qəbul etmək olmaz. 4 gün ərzində 2-3 kiloqram itirmək mümkündür.
Tərkibinə daxil olan inqrediyentlər də çox asandır, saatlarla sobanın
qarşısında durmağa ehtiyac yoxdur. Kalorini də hesablamaq lazım deyil.

 

Sitrus Çempionlar

Portağal –
C vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Portağal
pektinlə də zəngindir, pektin isə bağırsağın işini yaxşılaşdırır,
orqanizmdən artıq xolesterini xaric edir, uzun müddət toxluq hissini
saxlayır.

Qreypfrut – yeməkdən əvvəl yeyilən yarım qreypfrut və ya 1
50 q şirəsi (şəkərsiz) 2 həftəyə pəhriz olmadan da çəki itkisinə gətirib
çıxaracaq.

Limon – tərkibində böyük miqdarda C vitamini var ki, bu
da qanda xolesterinin səviyyəsini azaldır, nəticədə maddələr mübadiləsi
sürətlənir. Əgər gün ərzində 4 limonun şirəsini (qazlı su ilə qataraq)
içsəniz, 1-1,5 artıq çəki itirə bilərsiniz.

Naringi – həzm etməni
normallaşdırır, piy yığılmasının qarşısını alır. Narıncı pəhrizin üstün
cəhəti ondadır ki, 4 gün ərzində bir neçə kiloqram itirmək mümkündür,
xörəklər asan hazırlanır, pəhriz qısamüddətli olduğundan onu tutmaq asan
olur. Yadda saxlayın ki, pəhriz uzun müddət üçün nəzərdə tutulmayıb.
Həmçinin pəhriz zamanı aclıq hissi insanı narahat edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!