Ballı - yumurtalı Pəhriz

Ballı - yumurtalı Pəhriz
Dieta - Fitnes
10.09.2017 36
Balla
yumurta sarısının qarı-şığı özündə hədsiz sayda vitamin, mineral, zülal
və karbohidrat birləşdirir. Üstəlik, ona sıxılmış limon suyu bu həzzi
daha da qiymətli edir. Bu pəhriz aşağı kalorili pəhrizlərdən heç də
fərqlənmir. Orqanizmi təmizləyir, gücləndirir, arıqladır, adamı tox
tutur.

 

I gün:

Səhər: 2 yumurtanın sarısını 1 çay qaşığı balla qarışdırıb (mikser və ya blenderdə), 1 fincan limonlu çayla içirsiz.

Günorta: 90 gr yağsız pendir, bir çay qaşığı bal qatılmış qəhvə

Axşam: kiçik boşqabda bulyon, bir dilim qara çörək, alma Yatmazdan əvvəl: limonlu açıq rəngli çay

 

II gün:

Səhər: yenə də balla yumurta sarısı qarışığı, qəhvə

Günorta: bal, yumurta qarışığı, 100 qr kəsmik, limonlu çay

Axşam: quş əti, tərəvəz salatı, limonlu çay

 

III gün:

Səhər: bal yumurta qarışığı, limonlu çay

Günorta: 50 qr yağsız pendir, qara çörək, 200 qr kələm-kök salatı (üzərinə limon sıxılmış)

Axşam: 300 qr buğda bişmiş tərəvəz, yumurta, bal qatılmış çay

 

Pəhriz həftələri zamanı hansı mayelər içilməlidir?

SU – gündə minimum 3 stəkan. Yaxşı olar ki, suya bir azca limon suyu sıxasız. Təbii ki, əgər təzyiqiniz imkan verirsə.

OLMAZ: distillə olunmuş su, qazlı, şirəli. Distillə edilmiş suda mineral və duz yoxdur. Bu su bədəni qurudur.

ÇAY
– yaşıl çay, rəngi açıq qara çay şirniyyatsız, qəndsiz içilməlidir.
Çayı quru meyvə və balla içə bilərsiz. İndi mağazalarda bol olan meyvəli
çayları tətbiq edin. Kəskin qoxulu, acı və yandırıcı otlardan
dəmləmələrlə ehtiyatlı olun, çünki ac qalmış mədə qişasını yandıra
bilərsiz.

KEFİR VƏ QATIQ – hər axşam yatmazdan əvvəl bir stəkan yaxşıca çalınmış qatıq və ya kefir için.

AYRAN OLMAZ – çünki iştahı artırır, adamı tez acıdır.

SÜD QƏTİ OLMAZ: süd bəzən pəhriz menyusu ilə tərs-mütənasib olur və mədə-bağırsaq sistemini pozur.

 

İştahı kəsən içkilər

Bal və limon qatılmış su və ya çay

Quru meyvələrdən bişirilmiş kompot

Kvas

İtburnu dəmləməsi



Qadınlar üçün bəd xəbər!

33 yaşından sonra pəhrizlər effektsiz olur

Britaniya
alimləri 25 min qadın və kişi üzərində apardıqları müşahidələrdən belə
nəticəyə gəliblər ki, 30 yaşından sonra yığılan piy və artıq çəkidən
xilas olmaq üçün heç bir pəhriz effekt vermir. Arıqlamaq cəhdləri cəmi
4-5 kq nəticə verir. Hər il 12 milyon britaniyalı çəki atmağa cəhd edir,
onlarınsa yalnız 10%-i nəticəyə nail olur.

33
yaşından sonra 2-3 kq çəki atmağa ən azı 1 il lazım gəlir.
Mütəxəssislər məsləhət görür ki, əgər çəkiniz çoxdursa, 31 yaşına kimi
onu azaldın. Sonradan yaxşı olar ki, arıqlamağa yox, çəkini artırmamağa
nəzarət edəsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!