Düyü pəhrizi

Düyü pəhrizi
Dieta - Fitnes
10.09.2017 18
Bu pəhrizin müxtəlif variantları var. Biz sizə düyü pəhrizinin ən tanınmış və sınanmış variantını təqdim edirik.

Bu pəhriz 2 həftə ərzində tutulmalıdır.

4 kiçik şüşə bankası götürülür. Bankaları nömrələmək lazımdır - 1, 2, 3 və 4.

Pəhrizə başladıqdan 4 gün əvvəl 1-ci bankaya 3 xörək qaşığı yumru düyü və üzərinə çıxana kimi ilıq su tökün.

Növbəti gün bu qayda ilə 2-ci bankada düyü isladın, 1-ci bankada olan düyünü isə yuyun və yenidən üzərinə ilıq su tökün.

3-cü gün 3-cü bankaya düyü və üzərinə su tökün, 1-ci və 2-ci bankalarda olan düyünü isə yuyun və üzərinə yenidən su tökün.

4-cü
gün 4-cü bankada düyü isladın, 1-ci, 2-ci və 3-cü bankalarda olan
düyünü yuyun və yenidən üzərinə su tökün. Bankaları sərin yerdə
saxlayın.

Beləliklə, düyümüz hazırdır. Pəhrizə başlayırıq (1-ci bankada olan düyü artıq 4 gündür ki isladılıb).

Səhər
tezdən acqarına 1 stəkan ilıq su içirik. 20 dəqiqədən sonra 1-ci
bankada isladılmış düyünü götürüb axar suyun altında yuyuruq və üzərinə
qaynar su töküb yeyirik (düyünü bişirmək olmaz). Boşalmış 1-ci bankada
yenidən düyü isladırıq (yuxarıda göstərdiyimiz qaydalara uyğun).

Düyünü yedikdən sonra 4 saat ərzində qida qəbul etmək olmaz. Daha sonra yüngül səhər yeməyi yeyə bilərsiniz.

2-ci
gün 2-ci bankada olan düyünü bu qayda ilə yeyirik və s. Hər dəfə
boşalmış bankada yenidən düyü isladırıq. 4-cü bankada olan düyü
qurtardıqdan sonra növbəti gün 1-ci bankada isladılmış düyü istifadə
olunur.

Pəhriz
zamanı yağlı, qızardılmış, duzlu, konservləşdirilmiş, hisə verilmiş
qidalar, tortlar, pirojnalar, pirojki və s. bu kimi qidalar qidalanmadan
çıxarılır.

Düyü
çox gözər absorbentdir - bağırsaqlarda olan ziyanlı maddələri
(toksinlər, şlaklar, ağır metalların duzları və s.) özünə hopdurur və
çölə çıxardır. Nəticədə 2 həftə ərzində bağırsaqlar əsaslı şəkildə
təmizlənir, insan özünü daha yüngül hiss etməyə başlayır, dəri
təmizlənir. Həmçinin bu pəhrizi saxlayan insan 2 həftə ərzində 4-6 kq
çəki itirə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!