Bədəninizi formaya salacaq 7 məşq

Bədəninizi formaya salacaq 7 məşq
Dieta - Fitnes
10.09.2017 58
Formada qalmaq və gözəl bədənə sahib olmaq istəyirsiniz? Bu hədəfiniz
üçün etməli olduğunuz bir neçə məşq var. Bu məşqlər asan olmaqları ilə
bərabər, bədəninizi möhkəmləndirəcək və kalori itirməyinizi təmin
edəcək. Ancaq bu hərəkətlərlə bərabər düzgün, yaxşı qidalanmalı və
yuxunuza fikir verməli, kifayət qədər yatmalısınız.

Bədəninizə böyük fayda verə biləcək 7 məşq növünü aşağıdakı ardıcıllıqla təqdim edirik:



İplə tullanmaq;

"Squat”;

"Push-up”;

"Lunge”;

Üzgüçülük;

Qaçış;

Velosiped;



1. İplə tullanmaq

Axırıncı
dəfə nə vaxt iplə tullanmısınız? Bəlkə də uşaqlığınızda. İplə tullanmaq
ucuz və hər yerdə edə biləcəyiniz bir məşqdir və digər məşqlərdən
fərqli olaraq daha çox kalori itirməyinizi də təmin edəcək. Sadəcə
olaraq ipi çantanıza qoyun və istədiyiniz yerdə götürüb məşqinizi edin.

Möhtəşəm məşq və əyləncə üçün iplə tullanın! Bundan başqa iplə tullanmağı uşaqlarınızla birgə də edə bilərsiniz.



2. "Squat”

"Squat”
birdən çox əzələ qrupunu işlədən, hərəkətə gətirən bədən məşqidir. Bu
güclü məşq bədəninizi möhkəmləndirəcək və çoxlu sayda kalori
itirməyinizi təmin edəcək.

Kalori
sərfiyyatını və ürək döyüntünüzü artırmaq üçün bu hərəkəti tullanaraq
da edə bilərsiniz və ya "squat” vəziyyətində əlinizdə qantel ilə durub
hərəkəti mürəkkəbləşdirə bilərsiniz.

Müntəzəm olaraq "squat” etmək bədəninizi formaya salmaq və fiziki sağlamlığınızı artırmaq üçün çox gözəl bir yoldur.



3. "Push-up”

Çox
təəssüf ki, bir çox insan "push-up” etməkdən çəkinir. Çünki, icra
edilməsi bir az çətindir, ancaq əslində bədəniniz üçün möhtəşəm bir
hərəkətdir. Çiyniniz və döş qəfəsinizin fərqli bölgələrini hərəkətə
gətirəcək bir çox "push-up” növü var. Ona görə "push-up” edərkən fərqli növlərini sınaya bilərsiniz.

"Push-up” təkcə çiyniniz və döş qəfəsinizi deyil, bütün bədəninizi möhkəmləndirir. Əgər ilk başda "push-up” edə bilmirsinizsə, qüvvətlələnə qədər dizləriniz üzərində "push-up” edin. Formaya girmək üçün həftədə bir neçə gün edin. "Push-up” etmək döş qəfəsinizin böyüməsinə də kömək olacaq və əlavə olaraq ürəyiniz üçün də yaxşıdır.

Ancaq belinizin ağrımaması üçün hərəkəti doğru şəkildə, düz bir gövdə ilə etmək vacibdir.



4. "Lunge”

Ayaqlarınızı
bərkitmək üçün "lunge” hərəkətini etməyi sınayın. "Lunge” ayaqları
tək-tək işlətdiyi və təcrid etdiyi üçün çox yaxşı nəticə verəcək. Bir az
ürək döyüntüsü və intensivliyi artırmaq üçün tullanaraq da "lunge” edə
bilərsiniz.

Mənim məsləhətim,
2 gündə bir, 3 dəst və 10 təkrarlı çalışmağınızdır. Çox məşğul olsanız
da, "lunge” etmək üçün mütləq zaman tapa bilərsiniz. Ona görə bəhanə
axtarmağı bir kənara qoyun.



5. Üzgüçülük

Üzgüçülük
bədəninizi formaya salmaq üçün möhtəşəm bir idmandır. Çünki,
bədəninizdəki bütün əzələləri hərəkətə gətirir və çox əhəmiyyətli
miqdarda kalori sərf etməyinizi təmin edir. Bununla yanaşı təzyiqi
azaldır, ürəyinizi gücləndirib, aerobik potensialınızı artırır. Əlavə
olaraq üzmək həm əyləncəli, həm də ailəcə edə biləcəyiniz bir idmandır.
Ancaq təbii ki, hər yerdə və hər zaman edə bilməzsiniz.



6. Qaçış

Qaçmağın
bədəninizə bir çox faydası var. Stressi azaldır, ürək sağlamlığına
yaxşı təsir edir, depressiya riskini azaldır, ümumi sağlamlığınızı
artırır və çox sayda kalori sərfiyyatını təmin edir.

Qaçış
bədən quruluşunuzu çox müsbət bir şəkildə dəyişdirəcək. Möhkəm və bərk
ayaqlara sahib olmaq üçün qaçmaq çox yaxşı bir yoldur.

Qaçmaq
xüsusilə də səhərlər çox zövqlü bir fəaliyyətdir və hər gün edə
bilərsiniz. Hər qaçışdan sonra böyük bir uğur qazanmış hissi
keçirəcəksiniz.



7. Velosiped

Velosiped həm ayaqlarınız, həm də bütün bədəniniz üçün çox təsirli bir məşqdir.

Qollarızı,
belinizi, ayaqlarınızı və ürəyinizi gücləndirir, artıq çəkidən azad
olmağınıza şərait yaradır. Üstəlik velosiped sürməyi idman proqramınıza
əlavə etməyiniz çox asandır. Çünki, bir yerdən başqa bir yerə getmək
üçün velosipedi istifadə edə bilərsiniz. Həm sağlamlığınız, həm də
pulunuzu qorumaq üçün çox təsirli üsuldur.



Bu
məşqləri müntəzəm olaraq etsəniz, həm sağlamlığınızın düzələcəyinə, həm
də bədəninizin çox daha gözəl formaya düşəcəyinə zəmanət verə bilərik!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!