Hər gün süd içərək arıqlaya bilərsiniz!

Hər gün süd içərək arıqlaya bilərsiniz!
Dieta - Fitnes
10.09.2017 22
1. Yağları əridir

Südün
içində arıqlamağı asanlaşdıran protein, kalsiyum, potasyum, B12
vitamini, D vitamini, fosfor kimi maddələr var. Aparılan son elmi
araşdırmalarda xüsusilə kalsiumun bədəndəki yağları əritdiyi və bunun
miqdarının ayda 4 kiloya qədər olduğu deyilmişdir..



2. Çəki itirməyi asanlaşdırıcıdır

Çəki
itirmək əslində orqanlarımızın və hüceyrələrimizin özünü yeniləməsi,
həyata yenidən başlaması mənasına gəlir. Zərərli yağ hüceyrələri kiçilib
yox olur, faydalı əzələlər qidalanır və güclənir, beləliklə, siz
özünüzü həm formada, həm də xoşbəxt hiss edirsiniz.



3. Qarnı arıqlatmağa kömək edir

Son
illərdə aparılan elmi təcrübələrdə davamlı olaraq süd ve süd məhsulları
istifadə edənlərdə qarın yağlarının daha tez əridiyi görülmüşdür. Belə
olan halda siz də qarnınızı arıqlatmaq üçün hər gün 2-3 stəkan süd içə
bilərsiniz.



4. İştahı kəsir

Dieta
saxlayanların qarşılaşdığı ən böyük çətinliklərdən biri həddən çox iştah
və tez doymamaqdır. Ancaq süd içindəki möcüzəvi minerallar sayəsində
daha tez doymağa kömək edir. Yeməklərdən 15 dəqiqə əvvəl bir stəkan az
yağlı süd içmək iştahı kəsir.



5. Toxluq müddətini uzadır

Laktoza,
yəni süd şəkəri insanın enerji ehtiyacını sağlam yoldan qarşılayır və
toxluq müddətini uzadır. Beləliklə, davamlı olaraq süd və süd
məhsullları istifadə edənlər həm daha uzun müddət özlərini tox hiss
edərlər, həm də çəki itirərlər.



6. Diabet xəstələrinə xeyirlidir

Aparılan
bir çox elmi təcrübələr südün qan şəkərini tarazladığını, halsızlıq və
tez acmaq kimi problemləri ortadan qaldırdığını göstərmişdir.



Tam yağlı yoxsa az yağlı süd daha yaxşıdır?

Tam
yağlı yoxsa az yağlı süd içmək lazım olduğu hamını maraqlandıran
sualdır. Bu sualın cavabı sizin ehtiyacınıza görə dəyişir: Əgər
arıqlamaq istəyirsinizsə, yarım yağlı süd içməlisiniz. Beləliklə, eyni
miqdarda kalsium, protein qəbul edərsiniz, amma kalori miqdarı az olar.
Ancaq südü sağlam yaşamaq üçün içirsinizsə, süd verən ana və ya
hamiləsinizsə, tam yağlı süd içə bilərsiniz.



Arıqlamaq üçün süd necə içilməlidir?

Arıqlamaq
üçün südü isti halda içmək lazımdır. Bu halda südün mədədə qalma
müddəti uzanar və siz özünüzü tox hiss edərək artıq çəkilərdən qurtula
bilərsiniz.

Bir stəkan süd ortalama 100 kaloridir və gündə 3 stəkana
qədər süd içib, sağlıqla arıqlaya bilərsiniz. Amma az yağlı və ya tam
yağlı olmasından asılı olmayaraq südünüzü yatmazdan 3-4 saat əvvələ
qədər içmiş olmalısınız. Əks halda yağ olaraq yığılırlar. Yəni,
yatmazdan az əvvəl süd içməyin.



Darçınlı süd arıqladırmı?

Darçın qan şəkərini taraz saxlamaqda ən təsirli vasitələrdən biridir və südə qarışdırıb içildikdə bədəndəki yağları əridir.



Süd verən analar süd içməklə arıqlaya bilərmi?

Bəli,
süd verən analar süd içməklə arıqlaya bilər. Amma, təkcə arıqlamaq üçün
deyil, həmçinin uşağın sağlam şəkildə inkişafı və ananın sağlam və
xoşbəxt olması üçün gündə 3-4 dəfə süd və süd məhsulları istifadə etməsi
lazımdır.



Süd içə bilməyənlər nə etməlidir?

Südə
qarşı allergiyanız varsa və yaxud süd içməyi xoşlamırsınızsa, mütləq
qatıq, kefir, ayran, pendir kimi süd məhsullarından istifadə
etməlisiniz. Çünki süd sadəcə arıqlamaq üçün deyil, sümüklər, diş
sağlamlığı, immun sistemi, saç və dəri gözəlliyi üçün də lazımlıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!