Yedikcə arıqladan 10 qida

Yedikcə arıqladan 10 qida
Dieta - Fitnes
10.09.2017 28
Sadəcə yeməkləri azaldaraq arıqlayacağınızı düşünürsünüzsə,
yanılırsınız. Çünki elə qidalar var ki, onları yeyərək də arıqlaya
bilərsiniz. Tox tutan 10 mükəmməl qidanı sizə təqdim edirik.



1. Qatıq

Qatığın
100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı
səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə
bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər
əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda
şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd,
xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə
bilərsiniz.



2. Meyvə

Qramında
1 kalori enerji olan meyvələr dadlı olduğu qədər tox tutmaq
xüsusiyyətinə də malikdir. Xüsusilə alma, ərik kimi lif miqdarı çox olan
meyvələri yeyərkən uzun müddət acmırsınız. Şirniyyat yemək istəyiniz
yarandığı zaman bananı incə-incə doğrayın, üstünə bir çay qaşığı
üyüdülmüş hindistan qozu və ya darçın səpib yeyin.



3. Tərəvəz

Pəhrizdə
ən az sevilən qida tərəvəzdir. Ancaq arıqlamaq istəyirsinizsə, tərəvəz
yemək məcburiyyətindəsiniz. Çünki, tərəvəzlər həm lifli olduqlarına
görə, həm də içərisindəki vitamin və minerallarla sizin gümrah
olmağınıza şərait yaradır.



4. Yağsız toyuq və hinduşka

Gündə
bir pors ət yeməyi xoşlayırsınızsa, kalorisi az olan ağ ət yaxşı bir
seçim olar. Ancaq toyuq və ya hinduşska əti yeyərkən yağlı olduğundan
dərisini yeməməlisiniz. Bunları bişirərkən yağ, sous kimi əlavələr
etməməyə diqqət yetirməlisiniz.



5. Yağsız balıq

Bir
çox yağsız balıq növünü dieta saxladığınız müddətdə  hər gün yeyə
bilərsiniz. Lakin arıqlamaq istəyirsinizsə, balıq qızartmasından uzaq
durmalısınız. Balığı yalnız tərəvəzlərlə birgə falqa kağızında sobada və
ya manqalda bişirməlisiniz.



6. Kəpəkli makaron

Makaron
kökəldirmi? Bu, çəki problemi olan hər kəsi maraqlandıran bir sualdır.
Xeyir, makaron, xüsusilə də kəpəkli makaron kökəltmir, sadəcə makaronun
yanında yeyilən sous kökəldir. Kəpəkli makaronun 100 qramında 130 kalori
var. Kəpəkli makaronu qaynadılmış yaşıl mərcimək və təzə göyərtilərlə
qarışdıraraq dadlı bir salat hazırlayıb yeyə bilərsiniz.



7. Kartof

Makaron
kimi kartofun da hamı kökəlməyə səbəb olduğunu  düşünür. Halbuki, 100
qram kartofda sadəcə 70 kalori var. Həmçinin, tərkibində bir çox vitamin
və minerallar var və uzun müddət tox tutur. Ancaq vitaminlərin çoxusu
qabığında olduğundan kartofu qabığı ilə bişirməlisiniz.



8. Salat

Dieta
saxlayanların xoşlamadığı şeylərdən biri də salatdır. Ancaq salat tox
tutduğuna görə dietlərdə mütləq istifadə olunmalıdır. Salatı yeməklə
birgə deyil, yeməkdən əvvəl yeyin. Bununla doyduğunuzu hiss edəcək və
yeməyin yarısını yeyəcəksiniz.



9. Su

Artıq
çəkilərinizdən azad olmaq istəyirsinizsə, bol miqdarda su içməlisiniz.
Çünki suyun kalorisi 0-dır. Lakin su içməyi xoşlamırsınızsa, bunun
əvəzinə süni dadlandırıcılar əlavə olunmamış soyuq bitgi çayları da içə
bilərsiniz. Daha az yemək üçün hər yeməkdən əvvəl bir stəkan su için.



10. Bulqur


düyü şəkəri tez yüksəltdiyinə görə tez də acdırır. Buna görə dieta
saxladığınız müddətdə düyü yerinə bulqurdan istifadə etməlisiniz. Bol
pomidorla bişirilən bulqur plovu və yanında doğramac yeməklə uzun müddət
tox qalacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!