3 günlük aclıq pəhrizi bədənimizi sağlamlaşdırır

3 günlük aclıq pəhrizi bədənimizi sağlamlaşdırır
Dieta - Fitnes
10.09.2017 20
Son zamanlar aparılan bir tədqiqat nəticəsində məlum olub ki, 3 günlük
tam aclıq pəhrizi bədənin immun sistemini tamamilə sıfırdan yenidən
formalaşdırır.



Xəstələnən zaman niyə iştahımız kəsilir?
Görəsən orqanizmimizin həzm sistemini deaktiv etməkdə məqsədi xəstəliklə
tam gücü ilə mübarizə aparmaqdır?



The Telegraph
qəzetində yayımlanan məlumata  görə 3 günlük pəhriz bədənin immun
sistemini tamamilə sıfırdan formalaşdırır. Bu pəhriz zamanı sudan başqa
heç bir qida maddəsi qəbul olunmur.



3 günlük tam
aclıq pəhrizi (oruc) orqanizmin İmmun Sisteminin ağ qan hüceyrələrini
aktivləşdirərək İmmun Sistemi tamamilə yeniləyir.



Aparılan
bir tədqiqat nəticəsində məlum olub ki, 3 günlük tam aclıq pəhrizi
(oruc) hətta yaşlılarda belə orqanizmin İmmun Sistemini tamamilə
yeniləyərək  bədənin dincəlməsini təmin edir. Tədqiqat zamanı insanlara
altı aydan çox bir müddətdə 2 və 4 gün ərzində pəhriz(oruc) tutmaqları
tapşırılıb.



Son zamanlar Dietoloqlar müxtəlif pəhriz
üsullarını müzakirə edirlər və aparılan tədqiqatlar sübut edir ki,
bədəni ac buraxmaq kök hüceyrələrini stimul edərək yeni ağ qan
hüceyrələrinin yaranmasına səbəb olur.



Cənubi
Kaliforniya Universitetinin alimləri bu kəşfin İmmun Sistemi zədələnmiş
xəstələrdə, məsələn, kimyaterapiya olunan xərçəng xəstələrində də
effektli olacağını bildiriblər.



Bundan başqa məlum
olub ki, bu pəhriz(oruc) yaşlanma nəticəsində zəifləmiş və ən adi
xəstəliyə belə müqavimət göstərə bilməyən qocalarda belə faydalıdır.



Aclıq orqanizmdəki kök hüceyrələrinin bir hissəsini aktivləşdirərək İmmun Sisteminin özünü yeniləməsini gerçəkləşdirir.



Kaliforniya
universitetindəki herontologiya (insanın qocalmasını və bu qocalmaya
qarşı mübarizə metodunu öyrənir) və biologiya elmləri professoru Walter
Longonun dediyinə görə oruc kök hüceyrələrə "aktiv ol" əmri verərək
onların immun sistemini yeniləməsinə səbəb olur. 



Sevindirici
hal odur ki, bədən immun sistemini yeniləmək üçün lazımsız və zərər
görmüş toxuma və hüceyrələrini yox edərək bunlardan əldə etdiyi
maddələrlə yeni sistemi formalaşdırır. 



Xərçəng
xəstəliyi zamanı alınan kimyaterapiya və ya yaşlanma səbəbi ilə həddən
çox zərər görmüş bir immun sistemi ilə başlasanız da oruc, sözün əsl
mənasında, yeni bir immun sistemi yaranmasına səbəb olur. 



Uzun
müddətli aclıq qlükoza və yağ ehtiyyatını istifadə etmək üçün bədəni
gücə salır, amma bununla yanaşı ağ qan hüceyrələrinin də böyük bir
qismini məhv edir. Ağ qan hüceyrələrindəki bu azalma kök hüceyrələrdə
regenerasiyaya səbəb olur, və bu da immun sistemi hüceyrələrinin yenidən
dəyişilməyini həyata keçirir. 



Uzun müddətli oruc zamanı yaşlanma və xərçəng riskini və şişlərin böyüməsini artıran bir hormon olan ferment olan PKA da azalır.



Həkim
Longoya görə uzun müddətli aclıq müddətində bədən hüceyrələri azalan
enerjini qorumağa çalışdıqları üçün əsas olaraq zərər görmüş və çox
faydalı olmayan immun sistemi hüceyrələrini məhv etdi. "Həm insan, həm
də heyvanlarda testlərimizə görə ağ qan hüceyrələrinin sayısı kifayət
qədər azaldı. Bundan sonra yenidən yemək verməyə başlayanda bütün ağ qan
hüceyrələri yenidən yerinə gəldi. Biz, görəsən, bu ağ qan hüceyrələri
hardan ortaya çıxdı, necə yarandı deyə düşündük. Kök hüceyrələrinin
aktivləşib, bunları istehsal etdiyini sonradan anladıq."



72
saat tutulan oruc, həmçinin, xərçəng xəstələrini də kimyaterapiyanın
zəhərli təsirlərindən qorudu. Tədqiqatı aparan professorlardan Tanya
Dorffa görə isə Kimyaterapiya xərçəng xəstələrini sağaltsa da, bədənin
immun sisteminə böyük miqdarda zərər verir və bu araşdırmanın nəticəsi
orucun kimyaterapiyanın vurduğu zərərlərin bəzilərini bərpa edə
biləciyini göstərir. 



Professor Longo daha çox
kliniki testlərə ehtiyac olduğunu və sadəcə immun sisteminin deyil,
digər orqan və sistemlərə də müsbət təsirinin tapıla biləcəyini
bildirir. 



Lakin, bəzi ingilis mütəxəssislər bu tədqiqatlara şübhə ilə yanaşırlar.



London Universitet Kolleci professorlarından Graham Rook isə tədqiqatın ağlasığmaz olduğunu qeyd edib.



Eyni
universitetin Regenerativ tibb sahəsi üzrə professoru Chris Mason
tədqiqatda maraqlı məlumatlar olduğunu bildirib. Onun sözlərinə görə 72
saatlıq aclıq faydalı ola bilər. Belə ki, bu, xərçəng xəstəliyi olan bir
insan üçün çox zərərli ola biləcək qədər uzun müddət deyil, amma orucun
həkim nəzarətində dərmanlarla sintezinin daha faydalı ola bilər. O,
həmçinin, orucun ən yaxşı üsul olmadığını və insanların müntəzəm yeyərək
daha sağlam ola biləcəklərini qeyd edib. 



Professor
Longo isə orucun təhlükəli ola biləcəyinə dair heç bir sübutun
olmadığını, əksinə, bunun xeyirli olduğuna dair tutarlı sübutların
olduğunu bildirib. O, yüzlərlə xərçəng xəstəsindən emaillər aldığını və
onların onkoloqların nəzarətində oruc tutduqlarını və böyük
əksəriyyətinin orucun onlara yaxşı təsir etdiyini, sadəcə bəzi
xəstələrdə huşunu itirmək və qaraciyər testlərində mənfi göstəricilərin
müvəqqəti olaraq artdığını vurğulayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!