Yaş qrupuna uyğun pəhriz qaydaları

Yaş qrupuna uyğun pəhriz qaydaları
Dieta - Fitnes
10.09.2017 14
Statistika
göstərir ki, qadınlar həyatlarının böyük qismini pəhrizdə keçirir.
Ancaq pəhrizin effektli olması üçün yaş faktorunu da nəzərə almaq
lazımdır.

 

30-40 yaş

Bu yaş qrupunda olanlar həftədə 4-5 dəfə qırmızı ət yeməlidir. Həmçinin, kalsium, fol turşuları, C vitamin, dəmirlə zəngin qidalar seçilməlidir.

 

Hər
gün 2 stəkan süd için. Südə alternativ olaraq qatıqdan istifadə etmək
olar. Həftənin bütün günlərində göy-göyərti, meyvə-tərəvəz yeyin.

 

Həftədə ən azı 3 gün idmanla məşğul olun.

 

Spirtli
içkilərdən, "fast-food”lardan uzaq durum. Gün ərzində bol miqdarda su
için. Bu qaydalara əməl etsəniz, kökəlməyəcəksiniz.

 

40-50 yaş

Qadınların
sürətlə kökəlməyə başladığı yaşdır. Ona görə də, qidalanma tərzində
dəyişikliklər etmək şərtdir. İmmunitet sisteminin güclü olması üçün
kifayət qədər B qrubu vitaminlər qəbul edilməlidir.

 

Yaşlılıq
əlamətləri ilə mübarizə aparmaq üçün omeqa 3 yağ turşuları ilə zəngin
qidalar yemək məsləhətdir. Həftədə 2 dəfə balıq yeyin. Həmçinin, qoz,
badam kimi çərəzlərdən istifadə edin.

 

Yağlı qidaları, şirniyyatları menyudan çıxarın.

 

Hər gün bol miqdarda tərəvəz və meyvə yeyin. Paxlalı bitkilərə üstünlük verin.

 

Sümüklərin
sağlamlığını qorumaq üçün gündəlik D vitamini ehtiyacını ödəyin. Bunun
üçün hər gün süd, qatıq, yağsız pendir, göy-göyərti yeyin.

 

Həftənin üç gününü idmana sərf edin.

Çoxlu su və bitki çayları için.

 

50-60 yaş

Bu yaşlarda qadınlar klimaks dövrünü yaşayır. Bu səbəbdən, bəzi xəstəliklərə yaxalanma riski də artır.

Süd, qatıq, pendir kimi qidalara üstünlük verin.

 

Orqanizmin zülal ehtiyacını ödəmək üçün ət və toyuq, həmçinin, paxlalı bitkilər yeyin. Yeməklərdə zeytun yağından istifadə edin.

 

Həftədə 4-5 dəfə 30 dəqiqə təmiz havada yeriyin.

 

60 yaşdan sonra

Bu
yaşdan sonra orqanizmin kalsium, D vitamini, B qrubu vitaminlər, E
vitamininə olan ehtiyacı daha da artır. Ona görə də, süd və süd
məhsullarından, göyərtidən istifadəni artırmaq lazımdır.

Təzə və qurudulmuş meyvələr yeyin.

 

Həftədə
2 dəfə qırmızı ət,1-2 dəfə balıq, 1-2 dəfə də balıq və ya hind toyuğu
yeyilməlidir. Qəhvədən imtina edin. Şəkərli qidaları menyudan çıxarın.

 

Hər gün ən azı yarım saat sürətli tempdə yeriyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!