Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!

Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
Dieta - Fitnes
10.09.2017 53
Statistika
göstərir ki, insanlar ən çox qışda kökəlir. Daha az hərəkət etmək, daha
kalorili qidalar yemək, sosial fəaliyyətlərə az vaxt ayırmaq, idmana
fasilə vermək kimi səbəblər kökəlməyə gətirib çıxarır.

Ancaq
diyetoloqlar bildirir ki, səhər oyanan kimi bir neçə qaydaya əməl
etməklə, nəinki qış aylarında kökəlməyin qarşısını almaq, hətta
arıqlamaq da mümkündür.

 

1. Erkən oyanın!

Erkən
saatlarda oyananların maddələr mübadiləsi daha sürətlə işləyir. Bu da
orqanizmin gün ərzində daha çox kalori xərcləməsinə kömək edir.

 

2. Günəşi hiss edin!

Səhər
oyanan kimi ilk işiniz otağınızın pərdələrini çəkmək və pəncərəni açmaq
olsun. Belə bir deyim var, "Günəş girməyən evə, həkim gələr”.

Günəş
insan sağlamlığı üçün əhəmiyyətlidir. Onun işığı maddələr mübadiləsini
sürətləndirir və özünüzü gümrah hiss etməyinizə səbəb olur.

 

3. Maye ehtiyacınızı ödəyin!

Yuxudan
oyandıqdan sonra acqarına bir stəkan su için. Suyun içərisinə bir neçə
damcı limon əlavə edə bilərsiniz. Su içməyi xoşlamırsınızsa, səhərlər
evdə hazırlanmış təbii meyvə şirələri için.

 

4. Zülal tərkibli səhər yeməyi yeyin!

Günə
sağlam qidalarla başlayın. Tərkibində zülal olan qidalar insanı tox
saxlayır və maddələr mübadiləsini sürətləndirir. Odur ki, səhər yeməyi
zülal tərkibli qidalardan hazırlanmalıdır. Suda bişmiş yumurta və bütöv
dənli taxıldan hazırlanmış 1 dilim çörək ən yaxşı səhər yeməyi hesab
edilə bilər.

 

5. İdmana vaxt ayırın!

Səhər idmanı maddələr mübadiləsini sürətləndirməyin ən yaxşı yoludur. Sadəcə, 10 dəqiqənizi ayıraraq yüngül hərəkətlər edin.



6. İşə yeriyərək gedin!

İş
yeriniz evinizə yaxındırsa, mütləq yeriyərək gedin. Daha uzaq
məsafələrə isə velosipedlə gedə bilərsiniz. Səhərlər ictimai
nəqliyyatdan və ya şəxsi avtomobildən istifadə etmək sizə əlavə stress
və əsəbdən başqa heç nə qazandırmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!