1 kq arıqlamaq üçün

1 kq arıqlamaq üçün
Dieta - Fitnes
10.09.2017 54
Təmiz havada cəld yerimək arıqlamağın ən asan üsuludur.

 

Publika.az
xəbər verir ki, aparılan araşdırmalar nəticəsində, cəld yürüməklə
saatda orta hesabla 400-420 kalori, 2 saatda 800 kalori, 4 saatda 1600,
18 saatda isə 7200 kalori yandırmaq mümkün olduğu müəyyənləşdirilib.
Yəni, 1 kq arıqlamaq üçün fasiləsiz olaraq 18 saat yürüş etmək lazımdır.

 

Əlbəttə,
bura gün ərzində hərəkət edərkən yandırdığımız 200-300 kalorini daxil
etməsək, orta hesabla 10-12 saat gəzmək lazım olduğu ortaya çıxır. Yəni,
hər gün 1 saat cəld yeriyən adamın ayda 3 kiloya qədər arıqlamaq imkanı
var.

 

Yürüməyin faydaları

Yalnız
1 paket kiçik jelibon şirniyyatlarında olan kalorini əritmək üçün
futbol meydançası sahəsi qədər dayanmadan qaçmalısınız. Şirniyyat yeyən
zaman bu faktı mütləq xatırlayın. Çünki effektli nəticə almaq üçün
kaloriyə nəzarət etməlisiniz.

 

Sürətli
gəzinti ürək və ağciyər sağlamlığını qorumağın ən yaxşı yoludur.
Məsələn, 20-25 dəqiqəlik gəzinti zamanı ürək döyüntüsü 75 faiz ilə 85
faiz arasında olur.

 

Artıq yağların yandırılmasına yardımçı olur.

 

Həzm sistemini yaxşılaşdırır.

 

Yemək istəyinə nəzarət edilməsinə yardımçı olur.

 

Bədənə enerji verir.

 

Stressdən uzaqlaşmağa kömək edir.

 

Qocalma prosesini ləngidir.

 

Qandakı xolesterin səviyyəsini azaldır.

 

Yüksək təzyiqi sabitləşdirir.

 

Şəkər xəstəliyinin qarşısını almağa yardımçı olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!