Gəlinlər üçün dieta

Gəlinlər üçün dieta
Dieta - Fitnes
10.09.2017 22
Toyuna son bir ay qalan xanımlar çox yorğun olurlar və hər işləri
qaçaqaça düşür. Gözəl işlər olsa da, yorğun olurlar. Bu müddətdə
gəlinlər onsuz da stress və həyacana görə arıqlayır. Ancaq bəzi xanımlar
öz çəkilərindən narazılıq edirlər və toya az qalan vaxtdan etibarən
yemək yemirlər, ancaq bu düzgün deyil. Onsuz da hər gün gəlinlik seçimi,
saç, makiyaj,
xına mərasimi, qız toyu sonra oğlan toyuna hazırlıq müddətində
bədənləri yorğun düşür. Bu müddətdə yeməkdən imtina etsələr, daha yorğun
olacaqlar və xəstələnə bilərlər. Heç bir gəlin toyunda xəstə olmaq
istəməz.
Hər bir gəlinin arzusu ideal və mərasimdəki hər bir xanımdan gözəl
görünməkdir. İllər sonra belə şəkillərə və video kasetə baxanda gözəl
görünmək istəyirlər. Toyuna az qalan xanımlar üçün 5
günlük gəlin dietası haqqında məqalə hazırladıq.

Toya bir ay qalmış xanımlar duzlu, xəmir yeməkləri və çox şirin
qidalar qəbul etməməlidirlər, çünki duzlu, şirin və xəmir yeməkləri qısa
müddətdə bədəndə enerji yüksəkliyi yaratsa da, həmin qidalar qısa
müddət ərzində də yağa çevrilir. Və bunlardan əlavə olaraq bol miqdarda
su içməlidirlər. Çünki su həm üz dərisini gözəlləşdirir, həm də
bədəndəki yağların əriməsini sürətləndirir.



5 günlük Gəlin dietası

1. Gün

Səhər yeməyi: 1 dilim çörək, 1 dilim ağ pendir. İstədiyiniz qədər xiyar və pomidor yeyə bilərsiniz.

Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə, 2 ədəd qoz və ya 6 ədəd fındıq, 6 ədəd badam

Nahar: 100 qram yağsız ətli salat, 1 kasa şorba, 1 kasa qatıq

Axşam: 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 dilim çörək, istədiyiniz qədər salat, 1 kasa qatıq



2. Gün

Səhər yeməyi: Kəpəkli çörəyin arasında ağ pendir. (2 dilim kəpəkli çörək), xiyar, pomidor, 5 ədəd zeytun

Səhər yeməyi ilə nahar arası: 1ədəd meyvə və 1 kasa qatıq

Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli tərəvəzli yemək, 1 kasa qatıq

Nahar ilə axşam yeməyinin arası: 1 ədəd meyvə və 1 kasa qatıq

Axşam: 1 dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa qatıq, yağsız salat



3. Gün

Səhər yeməyi: 2 dilim çörək, 1 dilim ağ pendir, istədiyiniz qədər pomidor, xiyar, bibər. 5 ədəd zeytun

Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə

Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli, tərəvəzli yemək, 1 kasa qatıq

Axşam: 1 dilim (dilim incə kəsilmiş olsun) çörək, 7 xörək qaşığı qovun yeməyi, yağsız salat, yarım kasa qatıq



4. Gün

Səhər yeməyi: 1 dilim çörək, 1 ədəd yumurta, istədiyiniz qədər xiyar, pomidor, bibər

Nahar: Sendviç (tuna balığı və ya kotlet, ya da toyuq ola bilər. Pomidor, kahı, bibər), ayran

Axşam: 1 incə dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa yağsız qatıq, istədiyiniz qədər salat



5. Gün

Səhər yeməyi: pendirli yumurta (ağ pendiri yumurtanın içinə töküb çalın və bişirin), 1 dilim çörək, istədiyiniz qədər pomidor və xiyar

Nahar: 4 ədəd kotlet (böyükdürsə iki ədəd), istədiyiniz qədər salat, ayran

Axşam: 1 nazik dilim çörək, 7 xörək qaşığı tərəvəz yeməyi, istədiyiniz qədər salatскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!