Gündə iki dəfə yeyərək arıqlamaq mümkündürmü?

Gündə iki dəfə yeyərək arıqlamaq mümkündürmü?
Dieta - Fitnes
10.09.2017 7
Son günlər ABŞ-da yeni pəhriz trendi gündəmdədir.

 

Belə
ki, arıqlamaq arzusunda olan amerikalıların çoxu gündə iki dəfə yemək
yeyir. Maraqlısı odur ki, bir çox diyetoloq bu qidalanma rejimini
sağlamlıq üçün zərərli hesab etsə də, gündə iki dəfə yeməyin yararlı
olduğuna inanan həkimlər də var.

 

Onlardan
biri də ABŞ-ın tanınmış həkim-diyetoloqlarından olan Merkoladır. Doktor
Merkolanın fikrincə, gündə 3 dəfə əsas və 3 dəfə də qəlyanaltı olaraq
müəyyənləşdirilən normal qidalanma rejimi sağlamlığa zərərlidir.

 

Həkimin
sözlərinə görə, ulu babalarımız istədikləri zaman yemək tapa
bilmədikləri üçün insan orqanizmi uzun müddət ac qalmağa öyrəşib.
Mütəmadi olaraq gündə 3 dəfə yemək qandakı insulinin səviyyəsini
tənzimləsə də, həddən artıq kalori qəbul etməyə səbəb olur.

 

Cənubi
Kaliforniya Universitetinin professorlarından olan doktor Valter Lonqo
da bu fikri dəstəkləyir. Doktor Lonqo hətta köklükdən əziyyət çəkənlərin
sayının gün getdikcə artmasının səbəbini də gündə 3 dəfə yeməkdə görür.

 

Həkimin
sözlərinə görə, gündə iki dəfə yeməyə başlayanda orqanizm əvvəllər
çətinlik çəkir. Ancaq insan 1-2 ay sonra öyrəşir və özünü daha sağlam
hiss edir.

 

"Mən uzun müddətdir ki, xəstələrimə səhər yeməyi yeməməyi, iki öyün arasında mütləq 8 saat ac qalmağı məsləhət görürəm”.

 

Həm doktor Merkola, həm də V.Lonqo səhər yeməyindən vaz keçə bilməyən insanlara seçim haqqı verir:

"Səhər
və ya axşam yeməyindən vaz keçməlidirlər. Həyat tərzinə özləri qərar
verə bilərlər. Yeməyi ya səhər-günorta, ya da günorta-axşam yemək
lazımdır. Yatmazdan ən az 3 saat öncə yeyib-içməyi dayandırmaq
vacibdir”.

 

Həkimlərin sözlərinə görə, bu cür qidalanmaq arıqlamağa kömək etməklə yanaşı, bir çox xəstəliyin qarşısını da alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!