Arıqlamağın 5 təhlükəsiz yolu

Arıqlamağın 5 təhlükəsiz yolu
Dieta - Fitnes
10.09.2017 21
Sağlamlığa ziyan vurmadan necə arıqlamaq olar? 

1.İdeal səhər yeməyi  

Səhər
saat 7.30-dan 8.30-a kimi olmalıdır. Mütəxəssislər sübut ediblər ki,
məhz bu zaman ən çox kortizon hormonu ifraz edilir. Bu zaman qəbul
edilən qidalarda maddələr mübadiləsi sürətli gedir. Səhər yeməyi
yeyənlər gün ərzində daha az qida qəbul edirlər. 

Nahar vaxtı isə saat 13.00 -13.30-da olmalıdır. Bu zaman insulin artır, qanda şəkər azalır. 

 

2.Sürətli arıqlamaq yolu seçməyin

Pəhrizə
başlayanda ilk olaraq çəkinizin 10 faizini azaltmağı hədəf qoyun.
Unutmayın ki, bir günə itirdiyiniz piy yox, bədəninizin suyudur. Hər
hansı arıqlama vasitələrindən istifadə zamanı diqqətli olun. Onlardan
müntəzəm istifadə kalium-maqnium mübadiləsini poza, ürək döyüntülərinə
səbəb ola bilər. 

 

3. Hormonlara nəzarət edin

Arıqlama
başlayanda cinsi hormonları və qalxanvəri vəzi nəzarətdə saxlayın. 35
yaşdan sonra çəki problemlərinin əksəriyyəti hormonal problemlə bağlı
olur. Yaxşı olar ki, ildə bir dəfə hormonal analizlər verəsiniz.
Xüsusilə qadınlara arıqlamaq prosesi çərçivəsində ginekoloq müayinəsində
olmaq tövsiyyə edilir. 

 

4. Əzələ işlədin

Çalışın adi işlərdə belə əzələ gücündən çox istifadə edin. Fiziki aktivlik sağlam arıqlamağın ən yaxşı yoludur.

 

5. Küçədə çox olun 

Küçədə
daha çox olmağa çalışın. Bu həm fizki fəallıq, bonus olaraq isə D
vitamini deməkdir. Piylənmə ilə bu vitaminin çatıçmazlığı arasında
əlaqəni dietoloqlar da araşdırıblar. Ümumiyyətlə istənilən pəhriz
proqramı gündə azı 40 dəqiqiə piyada gəzinti edəcəyiniz halda effektiv
olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!