Qadınların kabusu pəhriz haqqında gerçəklər

Qadınların kabusu pəhriz haqqında gerçəklər
Dieta - Fitnes
10.09.2017 13
Pəhriz...
Bu kəlmə hər bir qadına yaxşı tanışdır. Hamımız heç olmasa ömrümüzdə
bir dəfə də olsa arıqlamaq arzusuna düşmüşük. Sonra da "qoy bunu da
yeyim, bir də yeməyəcəyimə söz verirəm" deyib, bu minvalla illəri illərə
calayırıq. Sonra da gözəl bədən quruluşlu xanımlara baxıb həsəd
aparırıq. Hətta incə belli manikenləri, sənət adamlarını gördükdən sonra
1-2 gün ac da qalırıq ki, qısa müddətdə bədən fiquramızı ideala
yaxınlaşdıraq. Amma çox vaxt qadınlar unudurlar ki, yeməkdən tamamilə
imtina orqanizm üçün təhlükəli sınaqdır.

 

Arıqlamaq
istəyənlər yaddan çıxartmamalıdırlar ki, pəhriz az kalorili olsa da,
yüksək effektli, vitaminli qidalara əsaslanmalıdır. Diyetoloqların
fikrincə, arıqlamaq istəyən şəxs gün ərzində 1000-1200 kalori qəbul
etməlidir. İstənilən nəticəni əldə etdikdən sonra isə 1500-1700 kalori
ilə kifayətlənmək olar.

 

Bəzən bizlər yediyimiz qidayla bərabər göyərti, salatlar, zeytun və turşulardan istifadə edirik.

 

Amma
sonradan onların kalorisini saymırıq. Qidaların kaloriləri barədə
təsəvvürünüz yaransın deyə, bir sıra məhsulların kalorilərini
diqqətinizə çatdırırıq. Məsələn 100 qram kartofda 83, kökdə 33,
pomidorda 10, xiyarda 15, kələmdə 28, badımcanda 24, keşnişdə 19,
ispanaqda 30 kalori var.

 

Yüksək
kalorili məhsullar isə qoz, badam və digər çərəzlərdir. Məsələn, qozun
100 qramında 612, yer fındığında 631, badamda 640, fındıqda 705 kalori
var. Deməli, bir kiloqram pomidor yeyəndə biz cəmi 100 kalori, 200 qram
qoz yeyəndə isə 1200 kalori toplayırıq.

 

Qidanın
seçimi zamanı əsas məqamlardan biri də sellülozdur. Məhsulların
tərkibində olan sellüloz maddəsi yeməyin qida orqanlarında qalma
müddətini azaldır. Sellüloz qidanın hərəkətini tezləşdirir, orqanizmdən
zəhərlərin və şlakların çıxmasına təkan verir. Orqanizmdə sellüloz nə
qədər çoxdursa, qida bədəndə bir o qədər ləngiyir. Sellülozla ən zəngin
olan meyvə və tərəvəzlərdir. Odur ki, istənilən növ pəhriz meyvə və
tərəvəzlə bol olmalıdır.

 

Bu, orqanizmin vitaminlərlə təhcizatını təmin etmək baxımından da vacibdir.

 

Orqanizm
üçün ən təhlükəli pəhrizlər isə monopəhrizlərdir. Yəni yalnız bir
məhsuldan ibarət olanlardır. Unutmayın ki, əsl pəhrizin ilk iki
həftəsində arıqlama qeydə alınmamalıdır. Yalnız orqanizmdə maye
itirilməsindən çəki xeyli azala bilər. Orqanizm pəhrizə iki həftə
öyrəşir və yalnız bundan sonra əlavə qida almayan bədən piy toxumalarını "xərcləməyə" başlayır.

 

Ümumiyyətlə,
pəhriz qidadan tamamilə imtinanı deyil, məhdudiyyəti nəzərdə tutur. Onu
da deyək ki, adətən dietoloqların idmanla məşğul olarkən pəhriz
tutulması tövsiyəsinin arxasında sadəcə
qida rasionunda dəyişiklik etmək fikri dayanır. Yəni yarımfabrikatlar,
xəngəl, kotlet, bilincik və.s-dən imtina edilməsi nəzərdə tutulur. Amma
bu o demək deyil ki, ət yeməklərindən imtina edilməlidir. Sadəcə ət
yarımfabrikat şəklində qəbul edilməməlidir. Habelə ağ çörəkdən imtina
etmək yaxşı nəticə verə bilər. Düzdür, bəzən bu, ömrü boyu uzanan
pəhrizə çevrilə bilər. Lakin o da məlumdur ki, sağlamlıq və gözəlliyi
əldə etmək asan deyil. Hər halda pəhriz tutmağa qərar vermisinizsə, ən
azı yağlı tort tikəsindən, ağır yağlı yeməklərdən, un məmulatlarından
və şirniyyatdan imtina etməli olacaqsınız.

 

Fransızların
yemək barədə belə bir ağıllı kəlməsi var: "İki dəqiqə dildə, iki saat
mədədə və iki il böyrü üstə". Deməli iki dəqiqə ağzınızda dad hiss etmək
üçün gözəlliyinizi qurban verməyin.

 

Qadınlar
istədikləri nəticəni tək pəhriz saxlamaqla əldə edə bilmirlər. Əksinə,
qəfildən arıqlayan bədəndə boşalma, əzələlərin sallanması baş verir,
dəridə defektlər, çapıqlar əmələ gəlir. Nəticədə dünən kök görünən
budlar sallanmış dəri parçasına bənzəyir. Artıq sirr deyil ki,
arıqlamağın ən
yaxşı üsulu pəhrizlə yanaşı idmanla məşğul olmaqdır. Çünki idmanla
məşğuliyyət orqanizmdə gümrahlıq hissi yaratmaqla yanaşı qol və digər
nahiyələrdə ətin sallanması, dəridə çapıqların yaranmasının da qarşısını
alır. Pəhrizlər zamanı dəridə müxtəlif qüsurların qalması halları ilə
demək olar ki, bütün xanımlar üzləşirlər.

 

Sellülit
çimərlik mövsümündə portağal qabığına oxşar dəri qadınları lap pərt
edir. Qafqaz və ümumilikdə bütün Şərq qadınlarının spesifik problemi isə
bədənin aşağı nahiyələrində çoxlu miqdarda piy yığılmasıdır. Çünki
bədəndə ən az hərəkət edən hissələr də məhz aşağılardır. Odur ki,
maniken kimi gözəl bədən quruluşuna malik olmaq istəyənlər mütləq
pəhrizlə yanaşı müxtəlif problemli hissələrin, əzələlərinin bərkiməsi
üçün xüsusi idman hərəkətləri etməlidirlər.

 

İdman
məşğələləri adətən hərəkətsiz qalan hissələri işlədib piy qatının
əzələylə əvəzlənməsini təmin edir. Bunun üçün ən yaxşı variant idman
zalına getməkdir. Lakin buna imkanı olmayanlar  evdə də məşq edə
bilərlər. Hazırda evdə idman etməyi asanlaşdırmaq üçün maniken və
idmançınların iştirakı ilə onlarla disklər satılır. Sindi Kroufordun
diski onların içərisində satışına görə liderdir. Diskə baxmaqla idman
hərəkətlərini mütəmadi olaraq evinizdə edin və 20 gündən sonra siz
ayaqlarınızın necə bərkidiyini hiss edəcəksiniz. Unutmayın ki, birinci
dəfədən bütün hərəkətlər təklif ediliyindən iki dəfə az edilməlidir. Əks
halda kəskin ağrılar sizi bir neçə gün incidə bilər. Bütün bu məsələlər
disklərin instruksiyasında da qeyd olunur.

 

Son
vaxtlar qadınların arıqlamaq üçün saunaların xidmətindən istifadə
etməsi də məlumdur. Lakin məşqçilər idmandan qabaq saunaya daxil olmağı
məsləhət görmürlər. Əgər buna baxmayaraq, siz saunaya daxil olmaq
istəyirsinizsə, onda idman paltarını geyindikdən sonra bunu edin. Ancaq
bu zaman da içəridə 3 dəqiqədən artıq qalmayın. Əzələləriniz qızışdıqdan
sonra idmanla məşğul olmağa başlayın.

 

Onu
da qeyd edək ki, idmanla məşğul olduqdan sonra da saunada çox qalmaq
məsləhət görülmür. Saunada 5-7 dəqiqə istirahət kifayətdir. Unutmayın
ki, idmandan sonra saunada çox qalmaq orqanizm üçün əlavə ağırlıqdır.
Ona görə də, saunada saatlarla vaxt keçirmək istəyən xanımlar həmin
günün aerobika ilə eyni vaxta düşməməsinə diqqət yetirməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!