Gilas saplağı diyeti ilə yaya hazırlıq

Gilas saplağı diyeti ilə yaya hazırlıq
Dieta - Fitnes
10.09.2017 10
Yayın
gəlişi ilə qadınların çoxu incə yay libaslarının əyinlərinə olmasını,
bikini geyinib aynaya baxdıqlarında özlərini hiss etmələrini, özlərinə
güvənməyi və özlərində razı qalmağı istəyirlər.

Lakin
diyetlə bağlı təcrübələrə çox zaman tətildən qısa müddət əvvəl
başlayırlar. Çox güclü diyetlərə baş vurur, tətil əsnasında bol-bol
yeyir və tətildən sonra yenidən kilo almağa başlayırlar. Bəs artıq
çəkini itirmə prosesi ən doğru şəkildə necə aparılmalıdır. Diyetoloq
Elif Yıldızın bununla bağlı yay öncəsi və yaya hazırlıq üçün hazırladığı
diyeti sınaqdan keçirə bilərsiniz. Diyetoloq bir həftədə bədən necə
qaydaya salmağın yollarından danışır...

İlk addım: Hər səhər 1 fincan ballı-limonlu su. (1 stəkan suya 1 çay qaşığı bal, ¼ limon əlavə edin)

Səhər
yeməyi: Kəsmikli, çörək otlu (zirə) və yulaf yarması ilə omlet, yanında
da 1-2 dilim tam buğda çörəyi. Bir fincan gilas saplı, limonlu,
darçınlı çay. Omletin yanında içilən bu çay şişkinliyi effektiv şəkildə
aradan qaldırma gücünə malikdir (15-20 ədəd gilas sapı 200 ml qaynar
suda 10 dəqiqə dəmlənir, ¼ limon sıxılır, içərkən də 1 ədəd qabıq darçın
əlavə edilir)

Ara yemək: 7-8 ədəd çiy badam, 2-3 quru xurma.

Günorta
yeməyi: Hinduşka və ya yağsız toyuq əti, bol göyərtili və limonlu
salatla birlikdə 1 stəkan  ayran. 1-2 dilim tam buğda çörəyi.

Axşamüstü: 1 fincan darçınlı süt və 1 porsiya meyvə.

Axşam
yeməyi: Təzə lobya, pərpətöyün, qabaq seçənəklərindən 1 boşqab, yanında
1 dilim tam buğda çörəyi, 1 kasa yaşıl qatıq (1 kasa yaşıl qatıq:
qatığa cəfəri, şüyüd və təzə nanə əlavə edilir)

1-2 saat sonra: 1 porsiya meyvə (darçınlı) gecə qan şəkərinin nizamlamanmasını təmin edir.

Bu diyetdə ən önəmli olan budur!

Gündə
2-2.5 lt su artıq çəkidən xilas olmasını yardımçı olar. Həftədə 150
dəqiqə idamn hərəkətləri ilə verilən kiloların yağdan itməsini təmin
edir.

Ye-gəz metodu

Kilonun
verilməsindən sonra ye-gəz metodu tətilinizin kabusa çevrilməsinin
qarşısını alar. Tətildə diyet saxlamaya bilərsiniz, ama yediyiniz zaman
aldığınız kalorini də yandırın. Çox yemək yemisinizsə, daha çox gəzərək,
addımlayaraq, üzərək bunu kompensasiya edə bilərsiniz. Tətildə idmanla
məşğul olmaq ürəyinizcə deyilsə və üstəlik də niyyətiniz bol-bol
yeməkdirsə, o zaman tətildən sonra bu kompensasiya diyetini tətbiq
etməniz uğurlu olacaqdır. Tətildən öncəki diyete də dönə bilərsiniz.
Həftədə 150 dəqiqə idman hərəkətlərini də unutmamaq lazımdır. Bu məşqlər
həftədə 3 gün 50 dəqiqə və ya 5 gün 30 dəqiqə şəklində aparıla bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!