Qışda kökəlməmək üçün bunları edin

Qışda kökəlməmək üçün bunları edin
Dieta - Fitnes
10.09.2017 31
Soyuq qış günlərində vaxtınızın çoxunu evdə keçirir və yemək yeməyə daha həvəsli olursunuz.

Bu
günlərdə iştahanız artdığı üçün artıq çəkilər qazanırsınız. Ancaq qışda
kökəlməmək üçün bəzi tövsiyələrə əməl etməniz yetərlidir.

Qışda kökəlməmək üçün 10 tövsiyə:

Səhər
yeməyini yaddan çıxarmayın: Səhər yeməyini yeməyənlərin yeyənlərdən
fərqli olaraq gündəlik qəbul etdiyi kalori miqdarı daha çoxdur. Gün
boyunca enerjili, xoşbəxt və tox hissetmənin ən əsas təməli isə səhər
yeməyidir.

Maye
qəbul etməyi unutmayın: Su və bitki çayları kimi mayelər qəbul
edildiyində sadəcə maddələr mübadiləsi sürətlənmir. Araşdırmalar onu
ortaya çıxarıb ki, az maye qəbul edənlər daha çox aclıq hissi çəkirlər.
Bəzi insanlar isə beyindən gələn aclıq və susuzluq siqnallarını isə
qarışdırır. Buna görə ac olduğunuzu düşündüyünüzdə əvvəlcə su için.

Hər
yeməkdə protein qəbul edin: Proteinli qidalar həzmi boyunca maddələr
mübadiləsini sürətləndirir, həm də daha uzun müddət tox saxlayır. Hər
əsas yeməkdə süd məhsulları, ət, toyuq, balıq kimi heyvan mənşəli
qidalar yeyin.

Şorba
için: Yeməkdə şorba içənlərin uzun müddət tox qaldıqları və
yeməyənlərdən fərqli olaraq təxminən 100 kalori az yeməyə meylli
olduqları deyilir. Az yağlı və bol tərəvəzli şorba əlavə edin.

Omega
3-lə zəngin qidalanın: Omega 3 yağ turşuları depressiyaya faydalıdır və
daha xoşbəxt hiss etmənizə yardımçı olur. Beləcə, daha çox xoşbəxt
olmaq üçün artıq karbohidrata ehtiyac duyuruq. Bu yağların ən
keyfiyyətli qaynağı balıqdır. Quru çərəzlər,  kətan toxumu, Chia toxumu,
semizotu kimi qidalarda bitki mənşəli Omega 3 var.

Təbii iştaha kəsicilərdən yararlanın:



Avokado: Avokado
sağlam yağ tərkibi ilə toxluq hissini uzadır. Salatlara əlavə etməklə
yanaşı krakerlərlə də yeyə bilərsiniz. Kalorisi yüksək olduğu üçün yarım
avokadodan çox yeməyin.



Yumurta: Yüksək protein tərkibli ilə həzm sistemi uzun olan yumurta uzun müddət tox tutur.

Şirin kartof: Şirin kartofun tərkibində olan nişasta növü uzun müddət toxluq hissi verir. Həmçinin A və C vitamin qaynağıdır.

Toz,
ya da pul qırmızı bibər: Yarım çay qaşığı pulbibər o anda maddələr
mübadiləsini 10 kalori qədər sürətləndirməklə yanaşı, sonrakı yemək
saatlarında 60 kalori daha az qəbul etmənizi təmin edir.

Badam: Uzun müddət tox saxlayır.

Hərəkət etməyin yollarını tapın



Fiziki
aktivliyin artırılması da şərtdir. Əgər bayıra çox çıxmırsınızsa, evdə
də kalori yandıra bilərsiniz. 15 dəqiqə ev təmizləyərək 80, 15 dəqiqə
qab yuyaraq 30 kalori yandırmaq mümkündür. Həm də evdə 1 saat yoqa etmək
240 kalori yandırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!