Ofis piylənməsinin qarşısını necə alaq?

Ofis piylənməsinin qarşısını necə alaq?
Dieta - Fitnes
10.09.2017 16
Demək
olar ki, bütün insanlar həyatlarının 2/3 hissəsini iş yerində
keçirirlər. İş və karyera – insan fəaliyyətinin vacib hissəsidir. Bu
yolda biz özümüzü təstiq edirik, professional yüksəliş əldə edirik və
nəhayət pul qazanırıq. Amma təəssüf ki, məhz iş sağlamlıq
problemlərimizin dolayı və birbaşa səbəbidir.

Bu bloq yazımda mən, iş prosesinin düzgün təşkil olunmaması səbəbindən meydana gələn piylənmə probleminə toxunmaq istəyirəm.

Təəssüf ki, iş fəaliyyətimlə bağlı bu problemlə demək olar ki hər gün qarşılaşıram.

İlk
öncə piylənmənin yol açdığı xəstəlikləri gözdən keçirək ki, məsələnin
ciddiyyətini anlayaq və sağlamlığımıza biganə qalmayaq:


Şəkərli diabet;

Hipertoniya;

Ürək-damar xəstəlikləri;

İnsult;

Mədə-bağırsaq xəstəlikləri;

Bəzi onkoloji xəstəliklər (qadınlarda süd vəzisi xərçəngi, kişilərdə yoğun bağırsaq və prostat xərçəngi kimi);

Qaraciyər yağlanması;

Tənəffüs sistemi problemləri;

Oynaq xəstəlikləri;

Polikistik sindrom (menstrual dövrün pozulması);

Cinsi istəkdə azalma, erektil disfunksiya;

Podaqra;

Xroniki böyrək xəstəlikləri;

Dəri xəstəlikləri;

İntihara qədər gətirib çıxaran depressiyalar və psixososial problemlər;

Bəs nə edək? "Ofis piylənməsi”nin qarşısını necə alaq? Problemin analizi üçün ofis işçisinin bir gününü izləmək kifayət edir.



Səhər
çətinliklə oyanırıq, işə gecikirik deyə səhər yeməyi yemədən evdən
çıxırıq. Və təbii ki, tərslikdəndirmi, qəsdəndirmi hər kəsin sevdiyi
"şirniyyat evi” yolumuzun üstündədir. Beləliklə, gecikmiş səhər yeməyi
şirniyyatla çaydan ibarət olur.

Bir
az işlədikdən sonra tərslikdən yenə aclıq hissi yaranır. Soyuducuda isə
şokolad və qurabiyə sizi gözləyir. Nahar vaxtı çatanda isə şirkətin
mətbəxindən bezmiş oluruq, küçəyə çıxıb yemək axtarmağa isə həvəs olmur.
Nə edək? "Köməyə” yaxınlıqdakı "fast-food” gəlir. Və naharı ordan
sifariş verirsiniz. Nahardan sonra işçilərdən birinin ad günü qeyd
olunur, tortun dadına baxmamaq olmaz. Ağır və yorucu iş gününün sonunda
isə evdə önümüzə gələn hər yeməyi yeyirik, davamında isə televizor
önündə atışdırmağa davam edirik və yatırıq.

Təəssüf
ki, müasir ofislər insanların yüksək kalorili və sağlıqsız qida qəbul
etdiyi yerə çevrilib. Konfetlə çay, kurabiyə, sendviçlər – ofis
işçisinin yemək kompensasiyasıdır.

Və sonda artıq çəkini hesablamaq vaxtı gəlib çatır. Buna görə də piylənmə ofis işçilərinin xəstəliklərində birinci sıradadır.

Bundan
başqa oturaq iş piylənmənin yaranma riskini 2 dəfə artırır. Piylənmədən
əziyyət çəkən insanlarda  isə yuxarıda sadaladığım xəstəliklərin
yaranma riski artır.

Növbəti
mərhələdə qarınlı menecer və mütəxəssislər əsəbi vəziyyətdə internetdə
dəbli diyetalar, məşhurların arıqlama üsullarını axtarırlar. Nəticə:
aclıq-aqressiya-depressiya – "dözmədik”. 

Bu
qədər "başarılı” arıqlama üsulları və məhşur diyet siyahıları var ikən,
bu problemi həll edə bilməyən insanlar hardandır? Və xəstəliklərin
"cavanlaşma” səbəbi artıq çəki deyil də nədir?

Artıq
çəkinin gətirdiyi, bəzən ölümcül olan xəstəlikləri görmürükmü yoxsa
iradəmizə hakim olub bu xəstəliklərə yaxalanmamağı bacarmırıqmı?

Halbuki, işdə çox vaxt keçirsək belə nəinki piylənmənin qarşısını ala bilərik, hətta artıq çəkidən azad ola bilərik.

Düzdür
sağlam həyat tərzi üçün hər kəsə eyni menyu və plan təqdim etmək
qeyri-professional olardı. İnsanlar bir birilərindən çəkisi, boyu,
cinsiyyəti, yemək mədəniyyəti ilə yanaşı xəstəlikləri ilə də
fərqlənirlər. Və bu qədər fərqliliyin içində eyni diyetanın hər kəsə
eyni səviyyədə faydalı olacağı düşüncəsi yalnışdır.

Qidalanma
planı individual olaraq tərtib olunmalıdır. Amma ümumi qəbul olunmuş
qaydalar var ki, bunlara hər kəsin riayət etməsi məsləhət görülür. Belə
olduğu halda siz öz həyatınızı dəyişərək karyeranızda yüksəlməklə yanaşı
sağlamlığınızı da qoruya bilərsiniz.

Beləliklə:

Günə bir stəkan su ilə başlayın;

Səhər yeməyinizi evdə yeyin;

Evdən çıxarkən özünüzlə meyvə götürün (quru meyvə də ola bilər);

Əgər imkan varsa naharınızı ofisə sifariş verməyin, özünüz yaxındakı kafeyə gedin;

Əgər
işdən ayrılmaq imkanınız yoxdursa sifariş verdiyiniz yeməyin az
kalorili olmasına diqqət yetirin. Pizza və qamburgerdənsə kabab
yeməyiniz məsləhətdir;

Hər 15-20 dəqiqədən bir masadan qalxmağa çalışın;

Çay,
qəhvə və digər içkilərin yerinə su için. Hətta özünüzə gözəl bir qrafin
alıb günün sonunadək onu boşalda bilərsiniz. Çay saatlarında bitki çayı
içməyiniz daha məqsədə uyğun olar, həm stressinizi azaldar, həm də
immun sisteminizi gücləndirməyə kömək edər;

Əgər
hər hansı bir sənədə ehtiyacınız varsa, masadan qalxıb o sənədi özünüz
götürün. Və telefonla həll edə biləcəyiniz sualları belə qalxıb özünüz
iş yoldaşınızdan soruşun;

Liftdən istifadə etməyin;

İşə
avtomobillə gəlib-gedirsinizsə, avtomobilinizi ofisdən aralı yerdə park
edin. Ofisə qədər gəzdiyiniz 10-15 dəqiqə məsafə metabolizmanızı
sürətləndirəcək və özünüzü gün ərzində daha gümrah hiss etmənizi təmin
edəcəkdir;



Soyuducunuza tez xarab olmayan qidalar qoyun. Məsələn, quru
meyvələr və çərəzlər ola bilər. Bu qidalar maddələr mübadilənizi
gücləndirər və növbəti yemək saatında daha az qida qəbul etmənizi təmin
edər;

Əgər toplantıdasınızsa və yemək yemək imkanınız yoxdursa, o zaman südlü kofeinsiz qəhvə seçim ola bilər;

Naharda
yüksək qlisemik indeksli qidalardan uzaq durun. Məsələn, ağ çörək,
düyü, makaron yerinə çovdar və kəpəkli çörək, bulqur, qarabaşağa
üstünlük verin;

Meyvə şirələrindən uzaq durun;

Axşam saatlarında meyvə yeməyin;

Saat
20.00-dək şam yeməyinizi bitirmiş olun.

Sonda əlavə etmək istərdim ki, karyera və pul əlbəttə vacibdir,
amma həyatda heç nə və heç vaxt sizin sağlamlığınızdan daha vacib ola
bilməz!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!