Minimal kalorili 15 məhsul. Yeyin, kökəlməyəcəksiniz

Minimal kalorili 15 məhsul. Yeyin, kökəlməyəcəksiniz
Dieta - Fitnes
10.09.2017 17
Günün istənilən saatında, istənilən miqdarda yemək və eyni zamanda da kökəlməmək - hər bir qadının arzusudur. 



Lakin
şirniyyatlar, qızardılmış yeməklər və s. qidalar kalorili və
ziyanlıdır, üstəlik, saat 18:00-dən sonra ümumiyyətlə yemək olmaz. Bəzən
şam yeməyini təzəcə yedikdən sonra birazdan aclıq hiss edir, ac və
qəzəbli olursunuz, bir saat gec şam yeməyi yedikdə günahkarlıq hissi baş
qaldırır və daim sellülit və artıq çəki haqqında düşünməyə
başlayırsınız... 



Lakin
bundan çıxış yolu var. Olduqca çox faydalı və qida maddələrinə malik və
bununla yanaşı da bədən quruluşu üçün zərərli olan kalorinin az olduğu
15 məhsulu kökəlmək haqqında düşünmədən doyunca yeyə bilərsiniz. 



1. Kərəviz

Sıfır kaloriyə malik klassik qidadır (əsasən sudan ibarətdir). Kərəvizin 100 qramlıq porsiyasında cəmi 16 kalori vardır. 



2. Brokoli

Tərkibində
lif miqdarı çoxdur və lif həzm sisteminə yardım etməklə bərabər
toksinlər və zərərli tullantıları da bədəndən xaric edir. 100 qramlıq
porsiyasında 34 kalori vardır. 



3. Alma

Almanın
tərkibində əslində bu siyahıda sadalanan bütün məhsullardan daha çox
kalori vardır. 100 qramlıq porsiyasında 52 kalori mövcuddur. Lakin
almanın tərkibində çox miqdarda 

faydalı liflər, antioksidantlar, vitaminlər və minerallar vardır. 



4. Xiyar

Bu
tərəvəz demək olar ki bütünlüklə sudan ibarətdir və 100 qramında cəmi
16 kalori vardır. Bədən quruluşuna nəzarət edənlər üçün ideal qidadır. 



5. Portağal

Portağalın
orqanizm üçün faydası müzakirəolunmazdır. Bu meyvənin tərkibində çox
miqdarda vitamin C və liflər vardır ki, bunlar da orqanizmi toksinlərdən
və zərərli tullantılardan təmizləyir. Portağalın 100 qramında digər
meyvələrdən daha az - 47 kalori vardır. 



6. Kələm

Kəlm
xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparan müalicəvi
xüsusiyyətləri ilə məşhurdur. Bu tərəvəz həmçinin artıq çəki ilə
mübarizədə yardımçı olur, çünki 100 qramlıq porsiyasında cəmi 25 kalori
vardır. 



7. Gül kələm

Gül
gələm iltihab əleyhinə xüsusiyyətlərə malikdir, ürəyi gücləndirir və
həzmi asanlaşdırır. 100 qramında cəmi 25 kalori vardır. 



8. Qulançar (quşqonmaz)

Dadlı, yüngül və faydalı məhsuldur. 100 qramında cəmi 20 kalori vardır. 



9. Qıvırcıq kələm

Qıvırcıq
kələm ən qidalandırıcı məhsullardan sayılır, onun tərkibində böyük
miqdarda vitaminlər, minerallar, zülallar və liflər vardır. 100 qramı 49
kaloriyə malikdir. 



10. Göbələk

Göbələyin
demək olar ki bütün növləri az kaloriyə malik olmağı ilə məşhurdur.
Xoruz göbələyinin 100 qramında cəmi 38 kalori, şampinyon göbələyində isə
daha az – 27 kalori vardır. 



11. Kök

Kök
görmə qabiliyyəti üçün faydalı olmaqla yanaşı iltihab əleyhinə,
sidikqovucu və ümumi gücləndirici xüsusiyyətlərə də malikdir. 100
qramında cəmi 41 kalori vardır və olduqca 

faydalıdır. 



12. Brüssel kələmi

Xaççiçəklilər
fəsiləsindən olan brokoli, Brüssel kələmi, gül kələmi kimi tərəvəzlər
orqanizm üçün olduqca faydalıdır və aşağı kaloriyə malikdir. 100
qramında cəmi 43 kalori vardır. 



13. Qarpız

Qarpız
bir çoxlarının sevimli meyvəsidir. Şirin və şirəli olan qarpızın 100
qramı cəmi 30 kaloriyə malikdir. Tərkibində yüksək dərəcədə
antioksidantlar və digər faydalı maddələr 

mövcuddur. 



14. Kabaçok

Kabaçok 100 qramlıq porsiyada cəmi 17 kaloriyə malikdir. Yay üçün ən dadlı, olduqca faydalı və aşağı kalorili tərəvəzdir. 



15. Soğan

Soğan
müxtəlif və gündəlik reseptlər üçün istifadə olunur. Gündəlik olaraq
yeməklərə əlavə etdikdə onun 100 qramının 40 kaloriyə malik olduğunu
bilmək xoşdur. 



Təbii
ki, faydalı və aşağı kalorili məhsulların siyahısı daha uzundur.
Çuğundur, limon, pomidor, greypfrut, turp... da bu qəbildəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!