Modelləri arıq saxlayan 3 günlük pəhriz

Modelləri arıq saxlayan 3 günlük pəhriz
Dieta - Fitnes
10.09.2017 18
Modellərin
dietası mütləq uğur gətirəcəkdir – göstərilən metodikanın adı bizə məhz
bunu aşılayır. Belədir, ya yox, siz bunu praktikada tətbiq etməklə
biləcəksiniz. 



3 günlük model dietası



Bu
dieta variantı üç gün çəkir və 2-4 kq çəki aparır. Göstərilən halda
arıqlamanın əsas prinsipi qidanın günün birinci yarısında qəbul edilməsi
və şam yeməyinin tamamilə olmamasıdır.



Dieta menyusu



Səhər yeməyi: ilıq bişirilmiş yumurta və bir stəkan şəkərsiz çay

İkinci
səhər yeməyi və nahar (3 saatlıq fasilə ilə): dənli kəsmik (hər porsun
çəkisi 125 qr-dan artıq deyil) və şirin olmayan çay stəkanı.

14.00-15.00-dan
sonra yemək olmaz, əvəzində maye qəbuluna heç bir məhdudiyyət qoyulmur.
İstər qazsız, istərsə də şirin olmayan ot həlimləri içmək olar. Belə
ki, dieta rasionun ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur,
ondan göstərilən müddətdən artıq istifadə etmək olmaz. Və burda məsələ
təkcə kasad menyuda deyil – 3 gündən sonra piyin əriməsi sürəti
nəzərəçarpacaq dərəcədə aşağı düşür, belə ki, orqanizm qənaət rejiminə
keçir. Bir qədər fasilədən sonra metodikanın, heç şübhəsiz ki, təkrar
etmək olar, lakin buna aludə olmaq lazım deyil. Təklif edilən qidalanma
planı uzun müddətli olması ilə fərqlənməsə də, yenə də mühüm qidalanma
elementlərinin çatışmamazlığına gətirib çıxara bilər.



Modellərin arıqlamaq üçün blits-dietaları



Bu
dieta variantı 3-4 gün üçün hesablanmışdır. Orta hesabla çəki itkisi
1-2 kq təşkil edir. Yaşıl çaydan əlavə qızdırılmış su içmək tövsiyə
edilir.




Səhər yeməyi: ilıq bişirilmiş yumurta (2 əd.) və ya 50 qr. pörtlədilmiş
ət, eləcə də şəffaf kərə yağı ilə tost, qaynar ot və şəkərsiz yaşıl çay

• İkinci səhər yeməyi: şəkərsiz qaynar ot çayı və ya yaşıl çay


Nahar: yağsız ət və balıq növləri (qril və sobada hazırlamaq olar) –
100 qr., eləcə də paxla, yaşıl kahı yarpağı və zeytun yağından salat –
300 qr., istənilən meyvələrdən (1-2 əd.) və şəkərsiz qaynar ot və ya
yaşıl çay

• Qəlyanaltı: şəkərsiz qaynar ot və ya yaşıl çay

• Şam yeməyi: yaşıl tərəvəzlərdən salat – 300 qr., iki ədəd tost və şəkərsiz qaynar ot və ya yaşıl çay

• Yatmamışdan əvvəl: şəkərsiz qaynar ot və ya yaşıl çay



Əvvəlki
dieta variantında olduğu kimi uzun müddətə dietanı davam etdirmək lazım
deyil – yaxşısı dietanı bir qədər fasilədən sonra təkrar etməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!