Süd verən analar üçün arıqlama üsülu

Süd verən analar üçün arıqlama üsülu
Dieta - Fitnes
10.09.2017 47
Hamiləlikdən qalan kilolar sizi narahat edir? Süd verərkən pəhriz necə
tutular? Bu məqalədə sizlər üçün 1500 kalorilik bir pəhriz üsulu
paylaşılıb.

Süd verən analar üçün nəzərdə tutulan pəhriz proqramı ilə həftədə 2 kilo
ata bilərsiniz. Ana olmaq, analıq duyğusunu dadmaq yaradanın insana bir
lütfüdür. Körpəmizi ilk dəfə qucağımıza alanda hamiləlikdə çəkdiyimiz
bütün çətinlikləri, doğumda yaşadığımız acıları bir anda unuduruq. Lakin
unutmadığımız bir şey qalar ki, o da hamiləlikdə aldığımız kilolardı.

Əsla kədərlənməyin! Süd verərkən kilo itirmək istəyirsinizsə
pəhrizi tətbiq etməzdən əvvəl həkiminizlə məsləhətləşməyinizi tövsiyə
edirik. Süd verən ana olaraq gündə ən az 1500 kalorilik bir pəhriz
saxlaya bilərsiniz. Pəhriz zamanı 2-2,5 litr su içməlisiniz, piyada
gəzməklə, körpənizə süd verməklə siz gündəlik 300-500 kalori
itirəcəksiz. Bundan əlavə şok pəhrizlər etmənizə əsla ehtiyac yoxdur.



Səhər yeməyi

1 kasa yulaf

Yarım kasa təzə çiyələk

1 st yağsız süd

Ara pay

1 ədəd şaftalı

50 qram şokoladşokolad

 

Günorta Yeməyi

1 kasa toyuq şorbası

1 kasa salat (pomidor, xiyardan ibarət)

1 kasa qatıq

 Ara pay

1 kasa yağsız kəsmik

1 ədəd alma

3 st partlamış yağsız qarğıdali

 

Axşam Yeməyi

100 q qızartma balıq

0,5 st buxarda bişmiş brokoli

Yarım kasa kartof

1 st süd

 

Ara öyün

Vanilli pudinq

0,5 st moruq və ya çiyələk.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!