Arıqlamaq üçün yumurta yeyin

Arıqlamaq üçün yumurta yeyin
Dieta - Fitnes
10.09.2017 11
Bir ara yumurtanı "ağır qida", "pis" xolesterinin mənbəyi kimi qələmə verirdilər.



Bu səbəbdən insanlar yumurtanı daha az yeməyə çalışırdılar.



İngiltərə
alimləri yumurtanı "təmizə çıxartmaq" üçün xüsusi araşdırmalar
apardılar. Araşdırmada 2 qrup insanlar iştirak edirdi. Hər iki qrupun
üzvləri eyni qaydada qıdalanırdı. Lakin 1-ci qrup hər gün 2 yumurta
yeyirdi, 2-ci qrup isə yemirdi.



3
aydan sonra elmi təcrübədə iştirak edən insanların qanında xolesterinin
səviyyəsini yoxladılar. Məlum oldu ki, hər gün 2 yumurta yeyən
insanların qanında xolesterinin səviyyəsi qalxmadı və yumurta yeməyən
insanların xolesterindən fərqlənmir. Bundan əlavə yumurta yeyən qrupun
üzvləri çəki atdılar.



Beləliklə,
yumurtanın gündəlik qəbulu qanda xolesterinin səviyyəsini
artırmır. Təbii ki, yumurtanı yağda qızardılmış şəkildə yox, suda
bişirilmiş şəkildə yemək daha yaxşıdır. Həmçinin yumurta bərk yox, ilıq
olmalıdır - bu halda yumurta orqanizm tərəfindən daha yaxşı
mənimsənilir. Çiy yumurtanı isə ümumillikdə qəbul etmək tövsiyə olunmur.
Çiy zülal orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin çiy
yumurta qəbul edən insanın orqanizminə çox təhlükəli mikroblar düşə
bilər.



Yumurta arıqlamağa kömək edir - yumurta insanı daha uzun müddət ərzində tox saxlayır.



Maraqlıdır
ki, yumurta yeqanə tam mənimsənilən (97-98% kimi) məhsul
sayılır. Yumurta zülalın mənbəyidir. Zülal əzələlərin, sümüklərin,
damarların tərkibinə daxildir.



Bəzi
xəstəliklər zamanı yumurtanın qəbulu məhdudlaşdırılır. Bu qara ciyər,
öd kisəsi xəstəliklərinə, şəkərli diabet xəstəliyinə aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!