Axşam yeyərək də arıqlamaq mümkündür

Axşam yeyərək də arıqlamaq mümkündür
Dieta - Fitnes
10.09.2017 8
Maddələr mübadiləsinin zəifləməsinə səbəb olacağı üçün
axşam yeməyini yemədən yatmayın. Həm də axşam yeməyini bir az erkən
saatda yeyin, beləcə, yatağa uzandığınızda həzm prosesi çoxdan bitmiş
olacaq.

Yatmadan əvvəl belə arıqlamaq mümkündürmü? Əlbəttə ki,
mümkündür. Maddələr mübadiləniz hər an aktiv vəziyyətdədir. Sizin
etməli olduğunuz isə onu hərəkətləndirmək üçün bəzi detallara diqqət
etməkdir. Arıqlamaq deyəndə, günün bütün dəqiqələri önəmli hesab edilir.
Buna görə bəzi kiçik ipuclarını ağlınızda saxlamaqda fayda var.

 

Axşam yeməyinin faydası

Bir çox insan daha asan arıqlayar deyə axşam yeməyini
yemir. Ancaq bilməlisiniz ki, axşam yeməyi yeməyərək, qarşıdakı 10 saat
üçün bədəninizə heç bir qida verməmiş olursunuz. Bunun da iki ciddi
nəticəsi var. İlk və önəmlisi - sağlam qidalanma rejiminə sahib
deyilsiniz. İkincisi, maddələr mübadiləsini yavaşlatmış olursunuz.

 

Axşam yeməyini yatmadan iki saat əvvəl yeyin

Yüngül qidalar yeyin, az, amma balanslı yeyin. Bəzi
insanlar isə bunu "ancaq salat yemək lazımdır" deyə başa düşürlər. Bu,
yanlışdır. Axşam yeməyiniz lif, protein, vitamin və karbohidrat tərkibli
olmalıdır.

Salatlarda diqqətli olun. Çünki günün son saatlarında
bədən onları tam həzm edə bilməz. Tərəvəz şorbaları salatların yerinə
daha yaxşı alternativ sayıla bilər. Darçınlı balqabaq şorbası, ya da
sarımsaqlı, yulaflı balqabaq şorbası.

 

Yarım saat gəzinti

Yorulana qədər qaçmağınız vacib deyil. Ehtiyacınız
olan tək şey maddələr mübadiləsini hərəkətə keçirmək və bir az
rahatlamaqdır. İri addımlarla hərəkət edin və dərindən nəfəs alın. Günün
irəliləyən saatlarında edəcəyiniz gəzinti gərginliyinizi azaltmağa və
gün içində yaşadığınız hər hansı bir problemdən xilas olmanıza yardımçı
olur. Bildiyiniz kimi, stress sağlamlığın və ideal bir kiloya sahib
olmağın ən böyük düşmənlərindən biridir.

 

Rahatladıcı duşun faydaları

Qaçışdan sonra rahatladıcı isti duş mükəmməl bir
fikirdir. Bunun sayəsində bədəninizdəki toksinlərdən qurtulacaqsınız.
Dərinizi vitamin və minerallara qidalandıracaq. Özünüzü yenilənmiş və
enerjik hiss edərsiniz.

Bu cür duş iltihablardan qurtulmanıza və arıqlamanıza,
günü kefli bir şəkildə sonlandırmağa kömək edir. Vanna suyuna 100 qr
karbonat, 5 damcı lavanda yağı, 100 qr dəniz duzu, 1 yemək qaşığı
rəndələnmiş zəncəfil əlavə edin. Yarım saat bu suyun içində qalın və
necə rahatlayacağınızı görəcəksiniz.

 

Arıqlamaq üçün günü sonunda içə biləcəyiniz çaylar

Yatmadan əvvəl kefini çıxara biləcəyiniz bir çox
ləzzətli və təbii çay var. Daha çox yağ yandırmanıza kömək edəcək,
bədəninizin ehtiyacı olan vitaminlə təmin edəcək və bununla da
rahatladacaqr. Onlardan ən yaxşılarını təqdim edirik:

Çöl qarağatı çayı: Qan şəkəri səviyyəsini aşağı salır, dincəlmənizə yardım edir.

Anason
çayı: günün gec saatlarında bu çayı içdiyinizdə daha rahat yatmanıza
yardım edir və axşam yeməyində yediyiniz yağları yandırırsınız.

Gül çayı: Gül çayı antioksidan baxımından yaşıl çaydan daha zəngindir və heç kofein tərkibli deyil.

 

Yaxşı bir yuxu üçün hazırlaşın

Gözəl bir gecə yuxusu arıqlamanıza yardım edir. Gecə
boyunca limfatik sisteminiz bədəninizi təmizləmək üçün önəmli sayılır.
Daha yaxşı yatmaq üçün otaq istiliyi 20-24 olmalıdır. Kompüter və mobil
telefon kimi cihazları 2 saat əvvəldən kənara qoyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!