Qəhvəni belə içsəniz, 1 həftədə arıqlayacaqsınız

Qəhvəni belə içsəniz, 1 həftədə arıqlayacaqsınız
Dieta - Fitnes
10.09.2017 68
Arıqlamaq üçün qəhvədən də istifadə edə biləcəyinizi desək, yəqin ki, sevinərsiniz. 



Qəhvə sevirsinizsə, Qadınlar.biz-in təqdim etdiyi sağlam arıqladan qəhvə reseptini mütləq sınayın. 



Arıqlamağa
kömək edən qəhvə resepti əslində, hər kəsin evində tapılan məhsullardan
hazırlanır. Bunun üçün qəhvəyə, darçına və südə ehtiyacınız var. Gəlin
əvvəlcə bu üç məhsulun arıqlamağa necə təsir etdiyini öyrənək. 



Qəhvə necə arıqladır? 



İştahanı
kəsir. Sidikqovucudur. Bədənin toksinləri atmasına kömək edir. Qan
dövranını sürətləndirir. Yağları əridir, maddələr mübadiləsini
sürətləndirir. Pəhriz saxlayarkən müşahidə edilən baş ağrısının və
halsızlığın qarşısını alır. 



Süd necə arıqladır? 



Orqanizmin
gün ərzində aldığı kaloriləri və yağları xərcləməsi üçün 3 şərt yerinə
yetirilməlidir. Qanda şəkərin səviyyəsini sabit saxlamalı, kifayət qədər
zülal və kalsium qəbul edilməlidir. Süd bu 3 şərtin yerinə
yetirilməsinə kömək edir. Beləliklə, yağların bədəndə toplanmasının
qarşısını alır. Südün tərkibindəki kalsium orqanizmdəki yağ
hüceyrələrinin atılmasını təmin edir. 



Darçın necə arıqladır? 



Qanda
şəkərin səviyyəsinin tez-tez aşağı düşməsi və ya qalxması özünüzü ac
hiss etməyinizə səbəb olur. Arıqlamaq istəyən insanın ilk hədəfi qanda
şəkərin səviyyəsini tənzimləməkdir. Darçın məhz bu vəzifəni yerinə
yetirir. Aclıq hissini, şirniyyat ehtiyacını aradan qaldırır. 



Bu üç təsirli qidadan birlikdə istifadə edəndə isə nəticəni daha qısa müddətdə hiss etmək mümkün olur. 



Beləliklə, arıqladan qəhvəni hazırlayaq: 



Gecə
1 stəkan südü darçın çubuğu ilə birlikdə aşağı odda qaynadın. Daha
sonra ocağı söndürüb, südü soyumağa qoyun. Sabahı gün qəhvənizi
hazırlayın və içərisinə bu darçınlı südü əlavə edin. Bu qarışığı içmək
üçün ən uyğun vaxt saat 4-dür. Çünki həmin vaxt insanın enerjisi azalır
və axşam yeməyində daha çox yemək ehtiyacı hiss edir. Ancaq bu içkinin
faydasını hiss etmək üçün 3 qaydaya əməl etməlisiniz. 



1.Qəhvəni
içdikdən dərhal sonra 2 böyük stəkan su içməlisiniz. Beləliklə,
qəhvənin parçaladığı yağlar və toksinlər tər və sidik vasitəsilə
atılır. 



2.Yalnız klassik qəhvədən və ya türk qəhvəsindən istifadə etməlisiniz. Üçü birində qəhvələr orqanizm üçün zərərlidir. 



3. Faydasını görmək üçün ən azı 1 həftə mütəmadi olaraq içməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!