Salat yeyərək arıqlamaq olarmı?

Salat yeyərək arıqlamaq olarmı?
Dieta - Fitnes
10.09.2017 55
Bir
çox insan arıqlamaq istəyəndə salat yeməyə üstünlük verir. Ancaq
diyetoloqlar salatın insanı arıqlatmadığını və yalnız salatla
qidalanmağın sağlamlığa zərərli olduğunu bildirir.

 

Təkcə
salat yemək orqanizmi karbohidrat və zülalla təmin  etmədiyi üçün bir
sıra sağlamlıq problemlərinə səbəb olur. Belə vəziyyətdə maddələr
mübadiləsinin sürəti azalır. Bütün gün salatdan başqa heç nə yeməyən
insanın bədənində yağlar deyil, əzələlər əriyir. Bir sözlə, salat
yağları əritmir, əksinə əzələ kütləsini azaldır.

 

Salat
əsasən, tərəvəzlərdən hazırlanır, onların 70-80 faizi isə sudan ibarət
olur. Bu da o deməkdir ki, salat insanı tox saxlayan qida deyil. O,
mədədə tez həzm olunduğu üçün özünüzü ac hiss edirsiniz. Bu halda,
normal qidalanan insandan daha çox kalori qəbul etmək riskiniz var.

 

Salatların
bir çoxuna souslar əlavə edilir. Yağ tərkibli bu souslar həddən artıq
kalorili olur və nəinki, arıqlamağa kömək etmir, hətta kökəlməyə də
səbəb ola bilir.

Bir
çox salat növünə qarğıdalı, qoz kimi yüksək kalori dəyərinə sahib
qidalar əlavə edilir. Belə salat sizi ac saxlasa da, arıqlatmayacaq.

Mütəxəssislər bildirir ki, salatdan faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir.

 

*Salat yaxşı lif qaynağıdır. Ancaq onu tək yeməyin. Yanında mütləq əsas yemək olmalıdır.

*Yeməyə şorba əvəzinə salatla başlayın. Beləliklə, daha az yemək yeyib, daha az kalori qəbul edəcəksiniz.

*Salatın
yanında mütləq 1 stəkan ayran için və ya 1 stəkan qatıq yeyin. Bu
salatın tərkibindəki vitamin və mineralların orqanizm tərəfindən daha
çox mənimsənilməsinə kömək edəcək.

*Salata qırmızı ət, toyuq, balıq və ya yumurta əlavə edin. Belə halda, salatı tək də yemək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!