Kökəlmə və arıqlama

Kökəlmə və arıqlama
Dieta - Fitnes
10.09.2017 25
Qaynanmış
lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Ağ xaşxaş yağı və
bağayarpağı suyu içmək də bu baxımdan faydalıdır. Kökəlmək üçün lazım
olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və
qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar,
üzüm, yemiş yemək də kökəlməyə müsbət tə”sir göstərir. Ən faydalı
vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər
hesab olunur. Kökəlmək üçün şirin və yağlı yeməklər məsləhət görülür. O
cümlədən, 30 misqal qabığlı noxudu inək südündə 1 gün isladır, bu
müddətdə 3 dəfə südü təzələyir, sonra yeyirlər. 30 misqal yuyulmuş
düyünü, həmin miqdarda şəkər, ağ xaşxaş, buğda və qabıqsız arpa, 50
misqal badam ilə qatışdırıb döyür, hər gün ondan 20 misqala qədər
işlədirlər.

Arıqlıq
fikirdən, qəmdən olarsa həyat tərzini dəyişmək, şənlənmək, xoş ətirlər
iyləmək, yumşaq paltar geymək və rahat yataqda məsləhət görülür. Kəskin,
turş və acı yeməklərdən pəhriz saxlamaq münasibdir. Arıqlamanın səbəbi
mə”də zəifliyi, həzmin pis olması, keyfiyyətsiz qida, qan azlığı, qara
ciyər və dalığın xəstəliyi ola bilər. Bu halda həmin səbəbləti aradan
qaldırmaq lazımdır.

Arıqlamanın
əsas səbəbi həzmin pozulmasıdır. Qidalanma və həzm prosesini nizamlamaq
üçün meyvə-tərəvəzi çox işlətmək, həm də iştaha açan yeməklərdən
istifadə etmək, bununla yanaşı açıq havada gəzmək, hərəkət etmək, yaxşı
da istirahət etmək lazımdır.

Kökəlmək üçün, səhərlər üzüm, kişmiş, əncir, noxud, yerkökü, tut, pendir-çörək, kərə yağı ilə bal yemək faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!