Yuxuda arıqlamaq üçün bunları edin!

Yuxuda arıqlamaq üçün bunları edin!
Dieta - Fitnes
10.09.2017 30
Yatmazdan
öncə bəzi qaydalara əməl edərək, maddələr mübadilənizi sürətləndirə
bilərsiniz. Beləliklə, yatarkən bədəniniz yağları əridəcək, kalori
xərcləyəcək, günə daha arıq və gümrah başlayacaqsınız.



Qadınlar.Biz yuxuda arıqladacaq ipuclarını təqdim edir:



Nanə

Gecə
yatmazdan öncə ən azı 10 dəqiqə təzə nanə qoxulayın. Onun əvəzinə
yastığınıza bir neçə damcı nanə yağı da damızdıra bilərsiniz. Nanə
qoxusu maddələr mübadiləsini sürətləndirəcək.



Zülal

Yatmazdan
qabaq zülal ehtiva edən içki için. Bu, maddələr mübadiləsini
sürətləndirməyin ən asan üsullarından biridir. Ancaq zülallı qidalar
yuxunun qaçmasına səbəb ola bilər.



Süzmə

Süzmə
zülalla zəngindir. Bu səbəbdən, siz yatarkən orqanizmin kalori
xərcləməsinə səbəb olacaq. Üstəlik, o, səhər oyanarkən həddən artıq
aclıq hiss etməyin qarşısını alır. Bu da səhər yeməyində normadan az
yeməyinizə səbəb olur. Gecə yatmazdan öncə 1 qaşıq süzmə yeməyiniz
kifayət edəcək.



Yaşıl çay

Yatmazdan əvvəl bir stəkan yaşıl çay için. Bir həftə sonra pəhriz saxlamadığınız halda arıqladığınızı hiss edəcəksiniz.



Zil qaranlıq

Aparılan
araşdırmalar göstərir ki, zil qaranlıqda yatanların orqanizmi daha çox
kalori xərcləyir. Ona görə də, işıqları söndürün, pərdələri çəkin.



Ədviyyatlı axşam yeməyi

Maddələr
mübadiləsini sürətlənməyin digər bir yolu da axşam yeməyində ədviyyatlı
xörəklərə üstünlük verməkdir. Qeyd edək ki, axşam yeməyi ən gec
20:00-da yeyilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!