Çəki atmaq üçün bitki çaylarına güvənməyin

Çəki atmaq üçün bitki çaylarına güvənməyin
Dieta - Fitnes
10.09.2017 39
Çəki
atmaq üçün bir çox xanımlar arıqlama çaylarından istifadə edirlər. Amma
bu çayların faydalarından çox zərərləri var. Yaxşı araşdırılmadan
içilən arıqlama çayları qaraciyəri çürüdə bilər, hətta ölümə belə səbəb
ola bilər.

 

Tərkibində xəbərdarlıq edən maddələr var

Belə
çayların tərkibində metabolizmanı və kalori itirməni sürətləndirən
xəbərdarlıq edən maddələr var: sibutramin, kafein, anfetamin,
laksatiflər və sidikqovucu maddələr olur. Bu maddələr isə ürək və digər
orqanlar üçün zərərlidir. Belə çaylar sağlamlıqları qaydasında
olan insanlarda ürək ağrılarına, ürəkdə ritm pozulmasına və orqan
çatışmazlığına səbəb olur. Ürəyində problemi olan insanlarda isə infarkt
və ani ölümə gətirib çıxardır. Bu bitki çaylarını uzun müddət istifadə
etsəniz özünüz də, bilmədən qaraciyərinizin çürüməsinə səbəb
olarsınız. Şəkərli diabet, qaraciyər, böyrək və qan təzyiqi olanlar,
hamilə və süd verən xanımlar yaxşı olar ki, arıqlama çayı istifadə
etməsinlər. Belə problemləri olan insanlar çəki itirmək üçün
arıqlama çayları içmək əvəzinə pəhriz saxlayıb, məşqlər etsələr daha çox
faydalı olar. 



Arıqlamaq üçün olan bitki çayları təkbaşına çarə deyil

Çəki
atmaq üçün içilən bitki çaylarına, demək olar ki, hər gün yenisi əlavə
olunur. Bu çayların vədələri isə qısa müddətdə pəhriz və məşqsiz çəki
atmağınıza kömək olmaqdır. Amma indiyənə kimi heç bir elmi araşdırma
belə çayların çəki atmağa kömək olduğunu təsdiqləməyib. Uzun müddət
pəhriz saxlayıb nəticə əldə etməyənlər, rəfiqələri arasında daha az
çəkili olmağı ilə öyünmək istəyən gənc qızlar belə bu çaylardan istifadə
edirlər. Amma çəki itirmək üçün qızıl qayda hərəkət dəyişikliyi
yaratmaqdır. Heç bir qida və ya içki təkbaşına çəki atmağa kömək etmir.
Xüsusilə də, arıqlama çayları təkbaşına çəki azaltmağa kömək etmədiyi
kimi, böyrəyin də yükünü artırır, ürəyin ritmini pozur.

 

Möcüzəvi bitki deyilən anlayış yoxdur

Çəki
atmaq istəyənlər, adətən, tv-də, radioda və ya internetdə reklamı gedən
arıqlama bitki çaylarından mədət gözləyirlər. Amma qeyd etdiyimiz kimi,
şəfa məqsədilə istifadə olunan bu çayların zərərləri daha çoxdur. Ona
görə də, heç bir halda arıqlama üçün olan bu cür bitki çaylarından
istifadə etməyin. Ən yaxşısı isə sağlam arıqlamaqdır. Bu haqda isə
əvvəlki yazılarımızda bəhs etmişik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!