12 sadə üsulla hər qidalanmada çəki atacaqsınız

12 sadə üsulla hər qidalanmada çəki atacaqsınız
Dieta - Fitnes
10.09.2017 24
İdeal
çəkidə qalmaq demək olar ki, hər bir xanımın arzusudur. Həm də, bu
arzuya hər şeyi yeməklə çatmaq istəyirik. Əvvəllər bunu düşünmək absurd
idisə, indi həm yeyib, həm də çəki almamaq mümkündür. Necəsini yazımızın
davamını oxumaqla öyrənə bilərsiniz.



Düzgün boşqab

Araşdırmalara
görə, biz yeməklərimizi yeyəcəklərimizlə eyni rənglərdə olan
boşqablarda yeyiriksə özümüz də hiss etmədən 18% daha çox qida qəbul
edirik. Əgər həm yemək yeyib, həm də çəki atmaq istəyirsinizsə
yeməklərinizi qırmızı rəng və onun çalarlarında olan qablarda yeyin. Bu,
onunla əlaqələndirilir ki, beyniniz qırmızı rəngi "stop” düyməsilə eyni
hesab edəcək və siz artıq yeməyi dayandıracaqsınız. Avstraliyanın Bond
Universitetinin alimlərinin fikirlərinə görə isə kiçik qablardan
istifadə daha məqsədə uyğundur. Məsələn, yediyiniz qabın diametrini 20%
azaltmaq 20% daha az qida qəbul etməyiniz deməkdir.



Dörd hissəyə bölün

Həm
arıqlamaq, həm də ki, sevimli qidalarınızdan imtina etmək istəmirsiniz?
Bunun çıxış yolu var. Yeyəcəyiniz qidanı, məsələn, şirin bir bulkanı
dörd hissəyə bölün və onun üç hissəsini müəyyən saatlarda yeyin,
dördünücü hissəni isə kiməsə verin. Beləliklə, desertləri,
şirniyyatları bədən formanız üçün təhlükəsiz hala gətirəcəksiniz.



Aclıq yoxsa susuzluq?

Çox
tez-tez aclıq hissi susuzluqla qarışdırılır. Xüsusilə də, yemək yeyilən
zaman. Əgər siz özünüzdə aclıq hiss edirsinizsə birinci bir stəkan su
için. Sonra bir neçə dəqiqə gözləyin, özünüzə rahatlıq verin. Daha sonra
görsəniz ki, bu hiss keçmir o zaman yemək yeyin. 



15 dəqiqə qaydası

Əgər
siz yemək aralarında nəsəs atışdırmaq istəsəniz, misal üçün,
könlünüzdən şirniyyat yemək keçir, o zaman 15 dəqiqə gözləyin və
görsəniz ki, aclıq hissiniz keçib, yeməyin. Bu, bəzən daha tez nəticə
verir. Eyni qayda digər yeməklərə də aiddir. Heç vaxt yeməyi acan kimi
yeməyin. 15 dəqiqə gözləyin, dərin nəfəs alın və daha sonra istəsəniz
yeyin.



Sağ-sol əl

Hər
şey çox asandır. Əgər arıqlamaq istəyirsinizsə həmişə yediyiniz əllə
yeməyin. Məsələn, sağ əllə yeyirsinizsə sol əllə yeməyi yoxlayın. Və ya
əksinə. Biz qidalandığımız zaman əllərimizin yerini dəyişdikdə 20% daha
az yemək qəbul edirik. Bu, daha çox bayramlarda, xüsusi günlərdə işə
yarayır. 



Həmin dəqiqə foto

Əgər
sizin qeyri-ənənəvi dada malik qidalara qarşı antisimpatiyanız varsa,
ağız dadınıza uyğun deyilsə birinci onun fotosunu çəkin. Daha sonra
telefondakı estetik foto sizin onun yeyib-yeməyəcəyiniz haqqında fikir
yaradacaq. 



Limitli seçim edin

Az
kalorili qidalar məlumdur ki, daha tez çəki atmağa kömək edir. Önümüzdə
dadlı, "ağız sulandıran” yeməklər olanda biz özümüzü saxlaya bilmirik,
onların dadına baxırıq və yaxud da, özümüzü güclə saxlayırıq. Amma siz o
qidalardan az miqdarda, kiçik tikələr götürsəniz, onların dadına baxmış
olarsınız, həm də ki, kilo almarsınız. 



Çəngəli kənara qoyun

Əgər
siz həqiqətən də daha az qida qəbul etmək isəyirsinizsə, hər tikədən
sonra çəngəl və ya qaşığı kənara qoyun. Hər dəfə onları yenidən
götürəndə siz gecikəcəksiniz və yeməyə qarşı iştahanız gedəcək. 



Diqqət yayındıran nüanslar

Televizoru
söndürün, qəzeti və digər diqqət dağıdan şeyləri kənara qoyun. Hətta
onlardan normal vaxtlarda imtina edə bilmirsinizsə Belə olan halda 15%
daha çox yemək yeycəksiniz və doyacaqsınız. Nəticədə də gec
acacaqsınız.



Meyvə cənnəti

Evdə
olanda acdığınız zaman özünüzə bir böyük boşqab meyvə doğrayın, divanda
rahat oturub kitabınızı oxuya-oxuya və ya tv-yə baxa-baxa meyvələrinizi
yeyin. Əgər gününüzün çox hissəsini çöldə keçirdəcəksiniz çantanıza bir
neçə ədəd meyvə atın. Acdığını zaman bu meyvələr köməyinizə gələcək.
Üzüm, portağal və almaq sadəcə dekorativ meyvələr deyil. Meyvə
boşqabı sizə, həmçinin, yemək aralarında acdığınız zaman daha faydalı
qidalar qəbul etməyinizə kömək edəcək. 



Üçlü effekt

Restoranda
olanda çalışın 3 cür yemək sifariş edin. Bu, bir isti, iki soyuq yemək
ola bilər. Yeməyi ya çörəksiz yeyin ya da, iki dilim çörək yeyin.
Nəticədə 21-23% daha az kalori qəbul edəcəksiniz. 



Omega 3-ü sevin

Hər
gün omega 3 ilə zəngin olan qidalar qəbul edin. Doymuş yağlar çəki
itirmək üçün əla vasitədir. Əsasən, omega ilə qoz-fındıq, skumbriya,
siyənək, sardina, tuna balıqları zəngindir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!