Arıqlamaq üçün limonlu suyu necə içmək lazımdır?

Arıqlamaq üçün limonlu suyu necə içmək lazımdır?
Dieta - Fitnes
10.09.2017 39
Arıqlamaq üçün tətbiq olunan olduqca çox üsul mövcuddur ki, onlardan bəziləri hətta orqanizm üçün  təhlükəlidir.

Ancaq
faydalı və doğru olan üsullar da var ki, suyun içinə limon şirəsi əlavə
edərək içilməsi də bunlardan biridir. 2008-ci ildə Sugiyama Jogakuen
Universitetində (Yaponiya) bununla bağlı keçirilən bir araşdırma limonun
tərkibindəki polifenolların çəki itirilməsinə yardımçı olduğunu
göstərib. Baxmayaraq ki, ancaq limondan ibarət olan diyet məsləhət
görülmür. Limonlu su içmək isə bədənin susuzlaşmasının qarşısını almaq
üçün ən yaxşı üsul hesab olunur.

Bəs arıqlamaq üçün limonlu suyu düzgün şəkildə necə içmək lazımdır?



1-ci addım

Fincana
qaynar su tökün və ona bir xörək qaşığı təzə sıxılmış limon suyu əlavə
edin. Bir fincan səhər, bir fincan axşam – yatmazdan əvvəl için. Limon
suyu sidikqovucu xüsusiyyətə malikdir ki, bu da qaraciyər və böyrəklərin
fəaliyyətinə müsbət təsir təsir göstərir.



2-ci addım

Vərdiş
etdiyiniz qazlı və şirin içkiləri və ya kalorili kofe kokteyllərini
sərin limonlu su ilə əvəz edin. Əgər çəki itirmək istəyirsinizsə,
orqanizmdə su balansının tənzimlənməsi çox vacibdir, çünki emal olunmuş
içkilər orqanizm üçün olduqca zərərlidir.



3-cü addım

Bir
çox dəfə istifadə oluna biləcək butulkanı su ilə doldurun, içinə bir
neçə dilim limon, bir və ya iki nanə budaqcığı əlavə edin. Bütün gecəni
soyuducuda saxlayın. Səhər limonu və nanə yarpaqlarını götürün və alınan
turş suyu gün ərzində için.



4-cü addım

Hər
yeməkdən 15-20 dəqiqə əvvəl 8 unsiya (təxminən 240 ml) limonlu su için.
Bu sizdə doyumluluq hissi yaradacaq və yemək porsiyalarının miqdarını
nəzarət altında saxlamağa imkan verəcək. Bir çox insan susuzluğu aclıqla
qarışdırır, bu səbəbdən də nizamlanmış su mübadiləsi sizə iştahınızı
kontrol altında saxlamağa yardımçı olacaq.



Xəbərdaqlıq

Heç vaxt limonlu suyu 24 saatdan artıq saxlamayın, bu, orqanizmin qeyri-sağlam yüklənməsinə gətirib çıxarar

 

Faydalı məlumatlar

Limon suyunu buz üçün nəzərdə tutulmuş xüsusi formalarda dondurun və içməli suyunuza limon buzunu əlavə edin.



Bunun üçün sizə nələr lazım olacaq:

- Təzə limonlar

- İti bıçaq

- Şirəçəkən maşın

- Fincan

- Qaynar su

- Çox istifadə oluna biləcək su butulkası

- Təzə nanə (istəkdən asılı olaraq)

- Buz üçün forma (istəkdən asılı olaraq)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!