Novruzda kökəlməmək üçün necə qidalanmalı?

Novruzda kökəlməmək üçün necə qidalanmalı?
Dieta - Fitnes
10.09.2017 33
-
Novruzda hər kəs mütləq şəkərbura, paxlava yeyir. Bir diyetoloq kimi,
bayramda bu cür ləziz şirniyyatlardan imtina etməyi məsləhət
görməyəcəksiniz ki?

-
Yox. Bayramda şirniyyat yemək olar. Ancaq belə qidaları arabir yeməyi
tövsiyə edirəm. Məsələn, qəlyanaltı zamanı 1 ədəd paxlava və ya
şəkərbura yemək olar. Səhər yeməyi əvəzinə də 1 ədəd şəkərbura yeyə
bilərlər.

 

- Bəs, plov və digər kalorili yeməklərdən dadmaq istəyənlərə nə tövsiyyə edə bilərsiniz?

-
Dörd qaşıq sadə plov 1 dilim çörək deməkdir. Odur ki, gün ərzində
çörəkdən imtina edərək günorta yeməyində 4 və ya 8 qaşıq plov yeyə
bilərlər. Plovun qarasını çörəklə yemək olar. Onda plovun özündən imtina
etmək lazımdır. Yəni, hər təamın dadına baxmaq olar. Ancaq mütləq
balanslaşdırmaq lazımdır.

 

-
Deyək ki, bu qaydalara əməl edə bilmədilər. Həm plov yedilər, həm də
şirniyyat. Bol miqdarda kalori qəbul etdilər. Onda kökəlməmək üçün nə
etməlidirlər?

-Təbii
ki, belə qidalanmaq məsləhət deyil. Ancaq həddən artıq yeyibsə, onda
növbəti gün tərəvəzə üstünlük verməli, bol miqdarda qatıq yeməlidir.
Şirniyyatdan imtina etmək, qəbul edilən su miqdarını artırmaq lazımdır.
İki-üç gün sadəcə tərəvəz, meyvə və süd məhsulları yeyərək bədəni
bayramda qəbul edilən toksinlərdən və lazımsız yağlardan təmizləmək
olar.

-
Bir çox diyetoloq ağ rəngli 3 qidanı (şəkər, duz və un) rasiondan
tamamilə çıxarmağı məsləhət görür. Sizin də belə qadağalarınız varmı?

-
Yox, demək olar ki, heç nəyi qadağan etmirəm. Təbii ki, kremli tortlar,
cipsilər və ya həddən artıq yağlı, şəkərli qidalar yemək olmaz. Ancaq,
ümumiyyətlə, şəkərdən və ya duzdan imtina etmək doğru deyil. Əsas hansı
qidanı nə ilə yeməli olduğunu bilməkdir. Çünki elə qidalar var ki,
onları birlikdə yedikdə həzm sisteminə zərər verir, kökəldir. Qida
kombinasiyalarını doğru müəyyənləşdirmək lazımdır. Məsələn, səhərlər və
ya ara vaxtlarda krep, biskvit və ya südlü şirniyyatlar yemək olar.
Təbii ki, bunlardan sadəcə birini seçmək lazımdır. Buna gün ərzində
sadəcə bir dəfə icazə var. Un məmulatlarını da həftədə 1-2 dəfə qəbul
etmək mümkündür. Qidalardan tamamilə, imtina etmək iradəni zəiflədir və
belə halda pəhriz davamlı olmur. Sağlam qidalanma tərzinə keçmək üçün
hər şeydən az-az yemək məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!