Arıqlamaq üçün bunları yeyin

Arıqlamaq üçün bunları yeyin
Dieta - Fitnes
10.09.2017 17
Türkiyəli
dietoloq Serkan Tutar arıqlamaq istəyən xanımlara məsləhətlər verib  o,
səhər yeməyində banan, qəhvə və yumurtaya üstünlük verən insanların
istəyinə daha tez çatdığını deyib.

 

Qəhvə

Qəhvənin
tərkibində olan kofein bədənə enerji verir. Əgər səhərlər idman
edirsinizsə, idmandan 45 dəqiqə əvvəl qəhvə için. Qəhvə bədəni
tərlədərək  daha çox kaloridən azad olmağa kömək edir. Lakin təzyiq
problemi olanlara səhərlər qəhvə içmək məsləhət görülmür.

 

Banan

Bananın
tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurub toxluq hissi
verir. Tərkibindəki zəngin kalium ürəyə çox faydalıdır, eyni zamanda,
bağırsaq xəstəliklərinə müalicəedici təsir göstərir. Banan həmçinin
immun sistemini gücləndirən meyvələr siyahına daxildir.

 

Yumurta

Əsas
zülal mənbəyinin yumurta olduğunu yaxşı bilirik. Əgər ideal bədən
quruluşuna sahib olmaq istəyirsinizsə, yumurtanı qidalanma rasionuna
mütləq daxil edin. Səhər yeməyində omlet və ya qaynadılmış yumurta yemək
sizi gün ərzində uzun müddət tox saxlayacaq.

Qarağat

 

Bu
giləmeyvə bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Səhər yeməklərində
istifadəsi faydalıdır. Qarağat həmçinin immun sistemini gücləndirib
orqanizmi infeksiyalardan müdafiə edir.

 

Çiyələk

B
və C vitamininin zəngin mənbəyi olan çiyələk damar tıxanıqlığını aradan
qaldırıb xolesterini azaldır. Bundan başqa, tərkibi fosfor və dəmirlə
boldur. Günü daha sakit və sağlam keçirmək istəyirsinizsə, səhərlər 8-10
ədəd çiyələk yeyin.

 

Çay

Çayın
sinirləri sakitləşdirici təsiri hamıya məlumdur. Amma çox çay içmək
qırmızı qan hüceyrələrinin azalmasına səbəb olur. Odur ki, çayı mümkün
olduqca açıq için.

 

Süd

Səhərlər
zülalla zəngin olan qidaları yesəniz, həm uzun müddət tox qalacaq, həm
də daha tez arıqlayacaqsınız. Həmçinin südün tərkibindəki kalsium sümük
və diş sağlamlığı üçün əhəmiyyətlidir.

 

Kəpəkli çörək

Əgər
səhər yeməyə vaxtınız yoxdursa, kəpəkli çörəyin arasına pendir və
tərəvəz qoyub tost düzəldin. Kəpəkli çörək bədəni ehtiyacı olduğu enerji
ilə təmin edir və toxluq hiss verir. Çörəyin arasındakı pendir isə
orqanizmi ehtiyacı olduğu zülalla təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!